Xruşovun baş tutmayan çıxışı – əzilmiş pomidorlar baş katibi tribunadan enməyə məcbur edib...

 

Sovet liderləri arasında Nikita Xruşov insan kütlələri arasına daha çox çıxmaqla yadda qalıb. Hətta o, öz səfərləri zamanı mühafizə xidmətinin təlimatlarına məhəl qoymadan istədiyi yerdə maşını saxlatdıraraq sıravi vətəndaşlarla görüşüb, onlarla fikir mübadiləsi aparıb. Əvvəlcədən planlaşdırılmamış belə görüşlər mühafizəçiləri çətin vəziyyətə salsa da, Xruşov protokol qaydalarını pozmaqda davam edib. Amma belə bir vəziyyət həmişə sakitliklə yekunlaşmayıb. Elə 1958-ci ildə də Xruşovun Kuybışevə səfəri zamanı tədbirlər planından kənara çıxması xoşagəlməz hadisələrə səbəb olub...
8 avqust 1958-ci ildə Xruşov Kuybışev vilayətinə səfər edib. Səfərin əsas məqsədi yeni elektrik stansiyasının açılışında iştirak etmək olub. Qeyd edək ki, bu elektrik stansiyası mövcud dövrdə dünyada ən böyük stansiyalardan biri sayılıb.
Xruşovu bu səfərdə Mərkəzi Komitənin yüksək vəzifəliləri, o cümlədən Leonid Brejnev və Mixail Suslov müşayiət ediblər.
Stansiyanın açılış mərasimi böyük təntənə ilə keçirilib. Axşam qonaqlar üçün ziyafət təşkil olunub. Səhərisi gün moskvalı qonaqlar vilayətin digər müəssisələrində olublar, yerli partiya təşkilatlarında görüşlər və müşavirələr keçiriblər.
fffggg.jpg (254 KB)
Avqustun 11-də Kuybışevin mərkəzi meydanında Xruşovun iştirakı ilə mitinqin keçirilməsi və bu mitinqdə ölkə başçısının çıxışı nəzərdə tutulub. Həmin gün səhər saat 8-də şəhərdəki zavod və fabriklərdən, səhiyyə və təhsil müəssisələrindən minlərlə adam meydana göndərilib. Mitinqin keçirilməsi saat 10-a planlaşdırılsa da, mitinqə toplaşanlar günorta saat 3-ə qədər qonaqları gözləməli olublar.
Havanın isti olması, 6-7 saatdan artıq ayaq üstə dayanmaq şəhər sakinlərinin etirazına səbəb olub. Hətta arabir Xruşovun ünvanına sərt ifadlər də səsləndirilib. Onlar dağılışmaq istəyəndə, milis mane olub.
Mitinqin vaxtında başlanmamasının səbəbi isə Xruşovun yaxın kəndlərin birinə, “Lenin yolu” kolxozuna getməsi olub. Baş katibi bu kolxozda qarğıdalı sahələrinə aparıblar. Hətta Xruşov sahədə hazır məhsullar da yığıb. Sonra baş katibi elə sahənin ətrafında ağacların altında açılmış süfrəyə dəvət ediblər. Xruşov zəngin süfrə arxasında qədəh qaldıraraq tost da deyib:
“Bu süfrəyə nəzər salanda qürur hissi keçirirəm ki, kolxozçularımız necə də firavan yaşayır...”
Kolxoz ziyafətindən sonra mitinqə yollanan Xruşova “firavan həyat”ın nə olduğunu mitinq iştirakçıları əyani şəkildə sübut ediblər.
Baş katib və onu müşayiət edənlər tribunada görünəndə onları alqışlarla deyil, fitlə qarşılayıblar. Arxa cərgələrdən isə Xruşova əzilmiş pomidorlar atılıb. Düzdür, onlar hədəfə dəyməyib, amma baş katibin çıxışına imkan verməyib. Mikrofonun işlək vəziyyətdə olmadığını zənn edən Xruşov Kuybışev vilayət Partiya Komitəsinin birinci katibi Yefremova dediyi sözləri bütün meydan eşidib:
kkkggg.jpg (210 KB)
Bu nə özbaşınalıqdır? Bu lap xuliqanlıqdır, bu avaraları, yaramazları kim bura çağırıb?
Xruşovun kütləni sakitləşdirmək cəhdi boşa çıxıb. Yerdən şüarlar səsləndirilib:
“Bizə ərzaq verin!”, “Uşaqlarımıza ayaqqabı və paltar ala bilmirik!”, “Qarğıdalıya son!” və s.
Xruşov tribunanı tərk etmək məcburiyyətində qalıb.
Hamı elə düşünüb ki, baş tutmayan mitinqə görə Xruşov ən ağır cəzalara əl atacaq, elə yerindəcə vilayət rəhbərləri tutduqları vəzifələrdən azad olunacaq. Bunu anlayan vilayət və şəhər rəhbərliyi baş katibi “yumşaltmaq” üçün bütün vasitələrə əl atıblar.
Növbəti gün Xruşovun Novokuybışevsk şəhərində neftayırma zavodunda görüşü nəzərdə tutulub. Vilayət rəhbərliyi bütün gecəni bu zavodda keçiriblər. Onlar bir gecənin içində zavodun dörd işçisini əsl qiraət ustasına çeviriblər.
Xruşov zavoda təşrif buyurunda qarşılanma mərasimi olduqca yüksək səviyyədə keçirilib. Dörd nəfərin çıxışı isə Xruşovu nəinki yumşaldıb, hətta “əridib”.
Daha sonra sovet lideri sintetik spirt hazırlayan zavoda baş çəkib. Zavodun direktoru Fedotov müəssisənin işi haqqında Xruşova məlumat verib, bildirib ki, sintetik spirt qida sənayesi üçün də istifadə edilir, yəni bu məhsuldan alkoqollu içkilər hazırlanır. Bu izahatdan sonra Xruşov soruşub:
hhhjjj.jpg (191 KB)
Belə çıxır ki, bu spitdən içki kimi istifadə etmək olar?
Sualın təsdiq cavabını eçitdikdən sonra Xruşov öz istəyini bildirib:
Mən bunu yoxlamaq istəyirəm.
Xruşovun belə istəyini əvvəlcədn düşünməyən zavod rəhbərliyi qədəh problemi ilə üzləşib. Problemi anlayan Xruşov onları çətin vəziyyətdən çıxarıb:
Narahat olmayın, spirti nümayiş etdirdiyiniz qrafinlərin başlıqları elə qədəh formasındadır.
Fedotov qrafinin başlığında Xruşov üçün spirt süzüb. Sovet lideri spirti dequstasiya etdikdən sonra fikir bildirib:
Hə, yaxşıdır, amma çox tünddür.
Səfərin sonunda moskvalı qonaqlar üçün ziyafət təşkil edilib. Bu ziyafətdə Kuybışev vilayət Partiya Komitəsinin birinci katibi Yefremov Xruşovdan mitinqdə baş verənlərə görə üzr istəyib. Bu üzrxahlıq Xruşovun əhvalının “yaxşı” vaxtına düşdüyündən sovet lideri Yefremovu əfv edib:
Kommunizmə gedən yolda belə ünsürlərin arabir mövcud olması normal haldır. Kommunist partiyası humanist partiyadır. Səhv edənlərə, yolunu azanlara düşünmək üçün vaxt verir...

Musavat.com

12-11-2023, 10:00 167

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 13:50
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972