Bakıda “yaşıl soyqırım” - “İnvest.M Construction”la bağlı faktlar prokurorluğa göndərildi (FOTOLAR)



Nəsimi rayonunda "yaşıl soyqırım”la gündəmə gələn "İnvest.M Construction” MMC yenə də bu fəaliyyətini davam etdirir. 
Sumqayit.tv xəbər verir ki, şirkət bu dəfə də Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə ağacları qanunsuz kəsib.
Məlumata görə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələdən xəbərdardır. Məsələ ilə bağlı müvafiq araşdırlmaların aparıldığı da bildirilir.   
Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiq edib. "Sözügedən ərazi ilə bağlı "İnvest.M Construction” MMC-nin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üzrə layihə sənədləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin mütəxəsisləri tərəfindən qiymətləndirilib və tikinti altına çox sayda yaşıllıq - 173 ədəd ağac və 37 ədəd kol düşdüyündən müraciətə ekoloji rəy verilməyib”, - deyə o bildirib. Mətbuat katibi qeyd edib ki, cari ilin əvvəlində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən adıçəkilən ərazidəki ağacların budanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Cavab məktubunda bildirilib ki, yaşıllıqlara aqrotexniki qulluq, həmçinin budama xidməti göstərilməsi ilə bağlı Nazirlik tərəfindən rəy verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bununla belə torpaq mülkiyyətçiləri tərəfindən aparılmalı olan budama işləri yalnız yaşıllıqların mühafizəsi və inkişafına xidmət etməlidir.
"Ötən müddət ərzində "İnvest.M Construction” MMC tərəfindən dəfələrlə tikinti işlərinin aparılmasına cəhd edilıb, bu zaman yaşıllıqların qanunsuz götürülməsi faktları aşkarlanıb. Təbiətə dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün hər bir hal üzrə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - deyə Elnur Ağayev əlavə edib. 
Həmin ərazidən 2021 və 2022-ci ildə çəkilən fotoları təqdim edirik. Fotolardan da aydın görünür ki, ərazidə yaşıllıq sözün əsl mənasında məhv edilib. 

Xatırladaq ki, cari ilin may ayında "İnvest.M Construction” MMC-nin Mirəsəddulla Mirqasımov küçəsi 4 ünvanında ağacları kəsdiyi barədə məlumat yayılmışdı. 
 Ərazinin 2021-ci ildə çəkilmiş fotosu 

Ərazinin 2023-cü ildə çəkilmiş fotosu

16-11-2023, 18:46 345

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101