Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclası keçirilibFOTO

 

16 noyabr 2023-cü il tarixində Zəngilanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclası keçirilib.
İclas zamanı cari ilin 3 noyabr tarixində Astana şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü zamanı nəqliyyat sahəsi üzrə qəbul edilən qərarlar, habelə Xəzər dənizində yük daşımaları, mülki aviasiya, dəmir yolu sahələri üzrə əməkdaşlığın intensivləşdirilməsi, üzv ölkələr arasında tranzit daşımaların rəqəmsallaşdırılması və sair məsələlər ətrafında müzakirələr aparılıb.
İclasda açılış nitqi ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev türk dünyası ölkələri ilə nəqliyyat sahəsində əlaqələrin gücləndirilməsi və tranzit potensialının genişləndirilməsində üzv ölkələrlə çoxtərəfli formatda əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi, qlobal iqtisadi gərginliyin artdığı bir şəraitdə bu formatda görüşlərin keçirilməsi yeni imkanların araşdırılması baxımından son dərəcə vacibdir. Azərbaycan üzv dövlətlər arasında iqtisadiyyatın bütün sahələrində, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün zəruri addımlar atmağa hazırdır”.
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omurəliyev çıxışında üzv ölkələrin vahid amal, məqsəd və gələcək üçün daha sıx əməkdaşlıq və birgə inkişaf naminə qarşılıqlı dəstəyə tam olaraq hazır olduqlarını diqqətə çatdırıb.
Görüş zamanı TDT-yə üzv ölkələrin nəqliyyat nazirləri bəyanatlarla çıxış ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz bəyanatı zamanı qeyd edib ki, üzv ölkələrin ərazilərindən keçən Orta dəhlizin inkişafı bir sıra regional əməkdaşlıq formatlarının gündəliyində mühüm yer tutur. Belə ki, Azərbaycan ölkə daxilində infrastrukturun və institusional mühitin yaxşılaşdırılması ilə yanaşı, regional əməkdaşlığa hesablanan mühüm layihələrin icrasına davam edir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması vacib əhəmiyyət kəsb edir.
Nazir qeyd edib ki, Orta dəhlizin səmərəliliyinin artırılması infrastruktura yatırımlarla yanaşı, iştirakçı ölkələrlə birlikdə göstərilən xidmətlərin keyfiyyətini artırmağı tələb edir.
Rəşad Nəbiyev daha sonra tərəfdaş ölkələrlə əməkdaşlıq çərçivəsində dəhliz boyu tarif siyasətinin uyğunlaşdırılması, sərhədlərdəki sənədləşmənin sadələşdirilməsi, nəqliyyat şirkətlərinin və dəmir yolu administrasiyalarının əməliyyat fəaliyyətinin sinxronlaşdırılması istiqamətində görülən tədbirlərin ilkin nəticələri barədə məlumat verib.
Eyni zamanda iclas çərçivəsində Orta dəhlizin rəqəmsallaşdırılması məqsədilə Azərbaycan tərəfindən yaradılmış Rəqəmsal Nəqliyyat Logistika Platforması haqqında təqdimat olunub.
Sonda TDT-yə üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclasının yekunlarına dair Kommunike imzalanıb.
NEQLİY.jpg (5.07 MB)


17-11-2023, 11:50 136

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101