Stalindən kitab istəyən rejissor – sovet lideri ona mənzil, bağ evi və avtomobil də hədiyyə edib...

 
Sovet dövründə kütləvi nümayişə buraxılan filmlər Mərkəzi Komitənin ideoloji xəttinin əsas təbliğat və təşviqat vasitələrindən biri sayılıb. Bu baxımdan sovet liderləri kino yaradıcılığına xüsusi diqqət ayırıblar, çəkiləcək filmlərin ssenarisi əvvəlcədən Kremlin kabinetlərində müzakirə olunub, kino sənayesinin inkişafı və problemləri ilə bağlı siyasi birincilər bu sahədə çalışanlarla mütəmadi olaraq görüşlər keçiriblər...
Kino məsələsinə xüsusi diqqət və həssaslıqla yanaşan İosif Stalinin hakimiyyəti illərində çəkilmiş filmlər isə yalnız birinci şəxsin icazəsindən sonra kütləvi nümayişə buraxılıb. Stalin çəkilən filmlərin ilk tamaşaçısı və ilk tənqidçisi olub.
Onun kinoya bu cür ciddi münasibəti bir çox hallarda rejissorlara problemlər və gərginliklər də yaradıb. Bununla yanaşı, sovet liderinin rejissorlara maraqlı sürprizləri də az olmayıb.
1930-cu illərin sonlarında Stalin növbəti dəfə rejissorları yanına dəvət edib. Mövcud dövrün tanınmış rejissorları Mixail Romm, Vsevolod Pudovkin, İvan Pıryev və Qriqori Aleksandrov müəyyən olunmuş vaxtda Stalinin qəbuluna gəliblər. Stalin qonaqları böyük hörmət və mehribanlıqla qarşılayıb. Kino problemləri ilə bağlı söhbətə keçməzdən əvvəl sovet lideri onları gürcü çaxırına qonaq edib. Rejissorlar alkoqoldan imtina ediblər.
7095555.jpg (70 KB)
Aleksandrov imtinanın səbəbini bir cümlə ilə izah edib:
- Yoldaş Stalin, biz iş vaxtı alkoqoldan istifadə etmirik.
Stalin bu izaha zarafatla cavab verib:
- Siz ölkə rəhbərinin kabinetindəsiniz, iş yerində deyilsiniz. Yoxsa siz bu kabineti öz iş yeriniz sayırsınız? Bəlkə mənim vəzifəmə göz dikmisiniz?
Kiçik zarafatdan sonra kino yaradıcılığı ilə bağlı fikir mübadiləsi başlayıb. Sonda Stalin rejissorlardan soruşub:
- Kino sənayesində uğurlar qazanmaq üçün sizə nə lazımdır? Siz bizim tanınmış rejissorlarımızsınız. Nə probleminiz varsa, söyləyə bilərsiniz. Buyurun, çəkinməyin.
İlk olaraq Romm öz problemlərini dilə gətirib:
- Yoldaş Stalin, artıq neçə illərdir ki, mən birotaqlı mənzildə yaşayıram. Nə gizlədim, həyat yoldaşımın deyinməsi mənim yaradıcılığım üçün kifayət qədər böyük problemlər yaradır. İstərdim ki, mənzil şəraitimin yaxşılaşdırılması üçün göstəriş verəsiniz.
Stalin Rommun xahişini dəftərçəyə qeyd edib və problemin həll olunacağını bildirib:
- Yaxın günlərdə siz yeni mənzillə təmin olunacaqsınız.
Pudovkin öz probleminə bir az “uzaq”dan başlayıb:
- Yaradıcı insanlar üçün yaradıcı mühit vacib şərtdir. Səs-küylü həyat, ailə üzvlərinin qayğıları yaradıcılığa ciddi şəkildə mənfi təsir göstərir. Ümumiyyətlə, şəhər mühitində yaradıcılıqla məşğul olmaq çətindir.
Stalin Pudovkinin nə istədiyini dərhal anlayıb:
p06.jpg (91 KB)
- Yəni demək istəyirsiniz ki, şəhər ətrafında bir bağınız olsa, daha məhsuldar işləyə bilərsiniz. Biz sizin bu xahişinizi yerinə yetirəcəyik. Yaxın günlərdə sizə bağ evi veriləcək.
Növbə Pıryevə çatıb. Rejissor Stalinin səxavətli olmağından məharətlə istifadə edib:
- Yoldaş Stalin, hökumətimiz bizə həmişə böyük qayğı ilə yanaşıb. Sizin sayənizdə həmkarlarımın arzuladığı mənzil və bağ evi ilə təmin olunmuşam. Mənim əsas problemim yollarda keçirdiyim vaxt itkisidir. Əgər şəxsi avtomobilim olsaydı, bu problem həll olunardı. Stalin Pıryevin də xahişini dəftərçəyə qeyd edərək ona şəxsi avtomobil veriləcəyinə söz verib.
Nəhayət, növbə dördüncü rejissora, Aleksandrova çatıb. O, əvvəlcə Stalinə müraciət etməkdə çətinlik çəkib. Bunu hiss edən Stalin üzünü rejissora tutub:
- Çəkinməyin, istəyinizi bildirin. Yəqin sizin arzunuz daha böyükdür. Narahat olmayın, biz sizin ən böyük arzunuzu həyata keçirmək gücündəyik.
Bu ifadədən ürəklənən Aleksandrov ayağa qalxaraq Stalinə müraciət edib:
- Yoldaş Stalin, bəli, mənim istəyim daha böyükdür, mənzildən də, bağ evindən də, avtomobildən də. Mən sizdən Leninlə bağlı müəllifi olduğunuz kitaba (“Voprosı leninizma”) avtoqraf qoyaraq mənə hədiyyə etməyinizi istəyirəm.
əəəəə.jpg (69 KB)
Nadir hallarda gülümsəyən Stalin Aleksandrovun xahişini təbəssümlə qarşılayıb:
- Yoldaş Aleksandrov, mən böyük məmnuniyyətlə müəllifi olduğum kitaba imza ataraq sizə hədiyyə edəcəm. Bu kitaba əlavə olaraq sizə mənzil, bağ evi və avtomobil də hədiyyə olunacaq. Sizin ölkə rəhbərindən istək fantaziyanıza əsaslanaraq deyə bilərəm ki, kino sahəsində həmkarlarınızdan daha çox fərqlənəcəksiniz.
Bununla da rejissorların Stalinlə görüşü sona çatıb. Kino çəkənlər kabineti xoş təəssüratlarla tərk ediblər. Aleksandrov isə özünü əsl qaliblər kimi hiss edib...

Musavat.com

19-11-2023, 09:00 157

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065