Sumqayıtda evdən oturub, dövlətdən 2,5 MİLYON manat oğurlayanlar İFŞA EDİLDİ: ƏDV dələduzluğu



Bakıda sensasion ƏDV dələduzluğu faktı aşkara çıxarılıb.
Sumqayit.tv xəbər verir ki, Musavat.com saytına məlumat verən və bu dəstəni yaxından tanıyan mənbənin bildirdiyinə görə, hadisə keçən ilin may və iyun ayında baş verib.
Məlumata görə, Məmmədov Vüsal adlı şəxs Seymur və Novruz adlı şərikləri ilə (adlar şərtidir – red.) ƏDV-çek maxinasiyası qurub. Onlar realda mövcud olmayan dükanların kassalarını “açıblar”. Bu “kassa”ların sayı 5 ədəd olub.
“Hər kassa gündə 1200000 (1 milyon 200 min) manata yaxın çek vurub. Onlar özlərini avtodetal satıcısı kimi qeyd ediblər. Bu üsulla 2 aya vergidən 2 milyon 500 min manat pul çıxarıblar” – saytımıza daxil olan məlumatda bildirilib.
Mənbə qeyd edir ki, dəstə üzvləri gündüzlər “kassa”da virtual çek vurub, axşam da telefonla ƏDV-ni götürüblər: “4 nəfər Sumqayıt şəhərində 6-cı mikrorayondakı evdə işləyib. Onlar Natiq (Vüsalın xalası oğlu), İlkin və qardaşı (Vüsalın ikinci arvadından olan oğlanları) və Namiq adlı şəxsdir. Ziyafət (Vüsalın baldızı oğlu) isə öz evində işləyirmiş. Natiq, iki qardaş, bir də Namiq hərəsi bir ay işlədiklərinə görə 3000 manat pul alıblar. Ziyafətə isə şəriklər hansısa səbəbdən 30000 (30 min) manat veriblər. Natiq indi Fəqan adlı dostu ilə “sosial ev” düzəltmək adı ilə Bakıda camaatı aldatmaqla məşğuldur. Hər ay məhkəmələrdədir. Bütün evlərini ikinci arvadının və qayınanasının adına keçirib. Maşınları da qardaşının, oğullarının adındadır”, – deyə mənbə bildirib.

21-11-2023, 19:56 744

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 20:18
Bu gün, 20:15
Bu gün, 18:30
Bu gün, 18:28
Bu gün, 16:23
Bu gün, 15:19
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065