İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü











BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan ilə görüşüb.
Sumqayit.tv xəbər verir ki, dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-ə ev sahibliyi etməsi və bu tədbirin yüksək səviyyədə təşkil olunması münasibətilə Şeyx Məhəmməd bin Zayed ən-Nəhyana təbriklərini çatdırdı.
Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olundu.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi və onun açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin 4 nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirildi. Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşlarla imzalanmış sazişlərə uyğun olaraq bərpaolunan enerjinin 10 qiqavata çatdırılacağı vurğulandı.
Söhbət zamanı ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyəti qeyd edildi, bunun iqtisadi-ticari əlaqələrimizin və qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi bildirildi.
SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti – ADNOC arasında uğurlu əməkdaşlığın və birgə layihələrdə iştirakın əhəmiyyəti vurğulandı.
Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkətinin Azərbaycan ilə limanlararası, gəmiçilik, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu, Orta Dəhliz istiqamətində nəqliyyat-logistika sahəsində tərəfdaşlığın böyük perspektivlərinin olduğu qeyd edildi.
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
Görüşdə regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı

30-11-2023, 17:32 162

Digər xəbərlər

Aktau–Sumqayıt fiber-optik xəttinin dəniz hissəsinin tikintisi başa çatdı

Sumqayıtda yataqxana sakinlərini narahat edən sual: Bu bina söküləcək?

620 AZN aylıq ödənişlə Sarayda mənzil sahibi olmaq imkanı

MİDA adı ilə 27 min manatdan çox dələduzluq edən şəxslə bağlı qərar dəyişmədi

Türkiyədə Azərbaycan musiqisi və poeziyası bir araya gəldi

Sumqayıtda təhlükə saçan kanalizasiya quyusu sakinləri narahat edir

14 yaşlı qızla münasibət quran Sumqayıt sakininə şərti cəza verildi

Sumqayıt sənaye anbarlarında 129 milyon manatdan çox hazır məhsul var

Sumqayıt dəmir yolunda yeni təhlükəsizlik qaydaları tətbiq olunacaq

26 min manata 'qəbul vədi' verdi – Cəzası qüvvədə saxlanıldı

Sumqayıtda növbəti avtobus narazılığı: 5 nömrənin sürücüsündən şikayət var

Sumqayıt böyüyür, amma piyadalar üçün təhlükəsizlik niyə yerində sayır?

Sumqayıtda uşaq parkı ətrafında qalmaqal: Sakinlər yelləncəklərin qıfıllandığını iddia edirlər-VİDEO

Sumqayıtda təhlükəli çuxur sakinlərin narazılığına səbəb olub – "Bir ildir problem həll olunmur"

15 yaşlı yeniyetmənin qətlinə görə 20 il həbs cəzası verildi

Universitetlərə ixtisas seçiminin vaxtı açıqlandı

Sumqayıtda ölümcül qəza törədən sürücünün cəzası azaldıldı

Sumqayıt–Sınıq Körpü avtobus marşrutu müsabiqəyə çıxarılır

Kafedə qadını yaralayan şəxsə verilən həbs cəzası qüvvədə saxlanıldı

5 Avqust – Kəşmir məsələsi beynəlxalq hüquq və regional təhlükəsizlik kontekstində

1 2 3 4 5 6 7 8 9 10 ... 1093
Bu gün, 19:38
Bu gün, 17:50
Bu gün, 16:02
Bu gün, 14:48
Bu gün, 14:01
Bu gün, 13:43
Bu gün, 11:56
Bu gün, 11:47
Bu gün, 11:46
Bu gün, 11:33
Bu gün, 10:51
Dünən, 20:32
Dünən, 18:10
Dünən, 17:05
Dünən, 14:32
Dünən, 12:11
Dünən, 11:49
Dünən, 11:45
Dünən, 11:34
Dünən, 11:24
Dünən, 09:24
Dünən, 08:42
3-08-2026, 17:24
3-08-2026, 17:22
3-08-2026, 17:18
3-08-2026, 17:10
3-08-2026, 16:06
3-08-2026, 14:27
3-08-2026, 14:02
3-08-2026, 13:21
3-08-2026, 12:24
3-08-2026, 11:22
3-08-2026, 10:54
3-08-2026, 10:07
2-08-2026, 13:48
2-08-2026, 12:14
1-08-2026, 16:34
1-08-2026, 16:06
1-08-2026, 14:28
1-08-2026, 12:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1093