Sumqayıtda OLAY: Avtobusda gördüyü qızı axtaran oğlanın başına iş gəldi


Bu günlərdə Sumqayıt şəhərində bəyəndiyi qızı axtaran gənc barəsində polisə şikayət daxil olub. 
Sumqayit.tv
  “qafqazinfo.az”a istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən qadın tanımadığı şəxsin onun qapısına nömrə yapışdırdığını və ardıcıl zənglər etdiyini bildirib. 
Polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Qulu Əliyev (şərti) saxlanılıb. O, izahatında bir müddətdir Sumqayıtda sevdiyi qızı axtardığını deyib: 
“Bir neçə gün əvvəl Sumqayıtda marşrut avtobusunda bir qız gördüm, ondan çox xoşum gəldi. Həmin qızın ardınca getdim, qızın küçədə bir qadınla görüşdüyünü gördüm. Sonradan qızı gözdən qaçırdım. Həmin ərazidə qızı soraqlamağa başladım və bir nəfər həmin qızın yanında olan qadının əlamətlərinə uyğun gələn şəxsin yaşadığı qapını mənə göstərdi. Həmin qapıya öz mobil nömrəmi yazdım. 
Sonradan adının S.Q. olduğunu bildiyim şəxs mənə zəng vurduqda həmin qızı axtardığımı və belə bir əlamətlərə malik qızla tanışlığının olub-olmadığını soruşdum. S.Q. isə mənə həmin qadın olmadığını və belə bir qızı tanımadığını bildirdi.
Bundan sonra təxminən yeddi dəfə həmin qadına zəng vuraraq israr etdim ki, mənimlə görüşsün və küçədə qızın yanında gördüyüm həmin qadın olub-olmadığını müəyyən edim. Lakin o, görüşməkdən imtina etdi. Sonradan bildim ki, məndən polisə şikayət edib. Halbuki ona qarşı heç bir nalayiq ifadə işlətməmişəm”. 
Şikayətçi qadın isə qapıya yazılmış nömrənin internet ustasına məxsus olduğunu düşünərək ona zəng etdiyini və Q.Əliyevin axtardığı qızı tanımadığını bildirib. S.Q. 30 yaşlı şəxsin ona ardıcıl zənglər edərək narahat etməsi səbəbindən şikayətçi olduğunu deyib. Polis bölməsində Qulu Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Protokola baxan Sumqayıt Şəhər Məhkəməsi onu 50 manat cərimə edərək sərbəst buraxıb.

5-12-2023, 15:00 156

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064