Sumqayıtda qadınlar saçyolduya çıxdılar — TƏFƏRRÜAT


Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Xumar ailə münaqişəsi zəminində qardaşının həyat yoldaşı Tahirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Sumqayit.tv-in əldə etdiyi məlumata görə, hadisəni törədən Xumarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xumar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, rəhmətlik valideyinlərindən miras qalmış evdə o, oğlu Cəmil və qardaşı Fərid ailəsi ilə birlikdə yaşayır:
“Fərid 1-ci qrup gözdən əlildir. Onun həyat yoldaşı Tahirə isə qardaşlarım ilə mənim arama girərək heç bir səbəb olmadan evdə tez-tez mübahisə yaradıb. Sonuncu dəfə hadisə baş verən günü, saat 22.30-da birgə yaşadığımıız evdə olarkən Tahirənin yeni kirayəyə çıxdığı üçün evdən anama məxsus qabları da apardığı gördüm. Ona iradımı bildirdim. Tahirə isə əksinə olaraq yaxşı etdiyini bildirdi. Nəticədə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşdim və Tahirənin saçını yoldum. Bu zaman biz yaxalaşdıq. Qarşılıq olaraq Tahirədə mənə əl-qol atdı”. 
İş üzrə zərərçəkmiş Tahirənin sözlərinə görə, qaynı Sərdar və baldızı Xumar ilə eyni evdə yaşayır: “Qaynım və baldızım təxminən 2-3 aydır ki, bizdən evdən çıxmağı tələb edir. Bu səbəbdən aramızda tez-tez mübahisə olur. Sonuncu dəfə hadisə günü, saat 22.30-da yaşadığım evdə olan zaman aramızda yenidən mübahisə baş verdi. Mübahisə zamanı Xumar evdən anasına məxsus əşyaları götürməyimi irad bildirdiyi üçün aramızda mübahisə yarandı. Xumar mübahisə zamanı saçımı yoldu, sifətimə əlləri ilə vurdu”. //Demokrat.az 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 
Bu səbəbdən Xumarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

5-12-2023, 16:00 161

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064