Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Sumqayit.tv xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 12000, digər şəxsin isə 1500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı M.Bəylərov və 30 yaşlı E.Həsənov saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır