Sumqayıtda qadınlara həsr olunan bayram tədbiri keçirilib - FOTO

 

Sumqayıt şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.
Sumqayit.tv xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri, şəhid anaları, qazilər, həmçinin şəhərin müxtəlif sahələrində çalışan qadınlar iştirak ediblər. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində yeni uğurlar arzulayıb. Şəhər rəhbəri bildirib ki, Azərbaycan qadını tarix boyu öz müdrikliyi, zəngin mənəvi dünyası, fədakarlığı və yüksək vətəndaşlıq mövqeyi ilə cəmiyyətimizin inkişafında mühüm rol oynayıb. O vurğulayıb ki, qadınlar yalnız ailə dəyərlərinin qoruyucusu kimi deyil, həm də ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində fəal iştirak edərək ölkəmizin tərəqqisinə dəyərli töhfələr verirlər.Zakir Fərəcov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılıb. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda uğurla davam etdirilir. Dövlətimizin həyata keçirdiyi sosial və iqtisadi islahatlar qadınların bilik və bacarıqlarını reallaşdırması, onların liderlik keyfiyyətlərinin üzə çıxması üçün əlverişli mühit formalaşdırıb.Çıxış zamanı bildirilib ki, Azərbaycan qadınları tarixən milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəni irsimizin yaşadılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayıblar. Bu gün də onlar elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə uğurla fəaliyyət göstərərək ölkəmizin inkişafına öz töhfələrini verməkdə davam edirlər.Vurğulanıb ki, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında, elmi və mədəni həyatında qadınların xüsusi xidmətləri vardır. Şəhərdə çalışan qadınlar müxtəlif sahələrdə peşəkarlıq nümayiş etdirərək, ictimai fəallıqları ilə şəhərin tərəqqisinə və dinamik inkişafına mühüm töhfələr verirlər.Tədbirdə həmçinin qeyd olunub ki, Azərbaycan qadınının yüksək nüfuzu və ictimai fəallığı ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ilə daha da güclənir. Onun həyata keçirdiyi sosial, humanitar və mədəni layihələr cəmiyyətimizdə humanizm və mərhəmət dəyərlərinin təbliğinə, milli-mədəni irsimizin qorunmasına və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Sonda şəhərin ictimai həyatında fəal iştirak edən, müxtəlif sahələrdə uğurları ilə seçilən bir qrup qadına Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub. Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


7-03-2026, 12:50 252

Digər xəbərlər

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA-VİDEO

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 20:28
Bu gün, 15:45
Bu gün, 15:23
Bu gün, 15:21
Bu gün, 13:08
Bu gün, 10:05
Bu gün, 09:53
Bu gün, 09:44
Bu gün, 09:11
Bu gün, 09:03
Dünən, 20:56
Dünən, 20:53
Dünən, 17:20
Dünən, 16:12
Dünən, 16:06
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:21
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 09:45
Dünən, 08:55
Dünən, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
1 2 3 4 5 6 7 8 9 10 ... 1066