Sumqayıt mənzil layihələrinin əsas şəhərlərindən birinə çevrilir – ARAŞDIRMA

 
Azərbaycanda həyata keçirilən sosial mənzil proqramlarında Sumqayıt şəhəri əsas ünvanlardan biri kimi diqqət çəkməyə davam edir.

Sumqayit.tv xəbər verir ki, “Report”un hazırladığı araşdırmada son illər ölkədə mənzil təminatı sahəsində həyata keçirilən layihələrin Sumqayıtda da geniş şəkildə icra olunduğu qeyd edilib. Bildirilib ki, şəhərdə minlərlə ailənin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Araşdırmada vurğulanır ki, İpoteka və Kredit Zəmanət Fondunun həyata keçirdiyi “satmaq öhdəliyi ilə kirayə” mexanizmi çərçivəsində Bakı və Abşeronla yanaşı, Sumqayıtda da müxtəlif ünvanlarda vətəndaşlara mənzillər təqdim olunub. Məlumata görə, hazırada Sumqayıt şəhərində 3 fərqli ünvanda kirayə mənzil layihəsi reallaşdırılıb.

Qeyd olunub ki, bu layihələr xüsusilə gənclər və gənc ailələr üçün əlverişli imkanlar yaradır. Uzunmüddətli və sabit ödəniş mexanizmi vətəndaşların mənzil sahibi olmasını daha da asanlaşdırır.

Araşdırmada Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi layihələrə də toxunulub. Bildirilib ki, güzəştli mənzil proqramları şəhərlərdə müasir yaşayış mühitinin formalaşmasına, sosial infrastrukturun inkişafına və urbanizasiya prosesinin daha dayanıqlı şəkildə qurulmasına töhfə verir.

Məqalədə həmçinin Sumqayıt Dövlət Universitetində keçirilən WUF13 məlumatlandırma sessiyasının şəhərin inkişaf və şəhərsalma proseslərində artan rolunu ön plana çıxardığı vurğulanıb.

Mütəxəssislərin fikrincə, Sumqayıt son illərdə həm yaşayış infrastrukturu, həm də sosial layihələrin miqyası baxımından ölkənin inkişaf edən şəhərlərindən birinə çevrilməkdədir.


15-05-2026, 13:55 254

Digər xəbərlər

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

"Sumqayıt"ın yeni məşqçisi böyük hədəf açıqladı

Müəllimlərə süni intellektdən istifadə öyrədiləcək

Sumqayıtlı magistr MİQ-də 85 bal topladı: "Nəticəmi 68,5-dən 85-ə yüksəltdim"

Sumqayıtda mərasim evi GƏRGİNLİYİ: Sakinlər ayağa qalxdı, sahibindən mübahisəli açıqlama

İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərdi: "15 İyul qəhrəmanlıq dastanıdır"

Sumqayıtlı gənc Rusiya-Ukrayna müharibəsində həlak olub

Şəhid Kənan Allahverdiyev adına küçəni zibil basıb – Sakinlər kömək istəyir-VİDEO

Toyuq tükü qalmaqalı: AQTA kolbasa istehsalını dayandırdı-FOTO

İyulun 15-də Abşeron və Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

65 illik ömrünə Vətən sevgisi ilə yazılan həyat yolu-FOTOLAR

Qayınatasını bıçaqlayaraq öldürən şəxsə Sumqayıtda hökm oxundu

Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1081
Dünən, 19:33
Dünən, 18:29
Dünən, 18:26
Dünən, 18:20
Dünən, 18:02
Dünən, 14:57
Dünən, 14:11
Dünən, 13:51
Dünən, 13:24
Dünən, 13:07
Dünən, 12:32
Dünən, 12:00
Dünən, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
13-07-2026, 19:14
13-07-2026, 17:53
13-07-2026, 17:51
13-07-2026, 16:50
13-07-2026, 16:17
13-07-2026, 16:17
13-07-2026, 16:15
13-07-2026, 16:07
13-07-2026, 16:05
13-07-2026, 15:59
13-07-2026, 15:49
13-07-2026, 15:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1081