Ermənistanda həlledici seçkilər: "Əgər Rusiyanın dəstəklədiyi qüvvələr hakimiyyətə gələrsə..."

 
“Erməni xalqı Köçəryanlara, Sarkisyanlara şans tanımayacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Abdullayev bildirib.

Politoloq Ermənistandakı seçkilərdən öncə keçirilən rəy sorğularında baş nazir Nikol Paşinyan və partiyasının lider olmasını seçkinin də mümkün nəticəsi kimi görür:

“Rəy sorğularının nəticəsinə baxıb Paşinyanın seçkidə qalib gələcəyini demək doğru olmazdı. Bildiyimiz kimi, Ermənistanda bitərəf qalan kifayət qədər seçicilər var ki, onların da səsini almaq lazımdır. Seçkiyə bir neçə gün qalmışa qədər rəy sorğuları dəyişə də bilər. Görünən odur ki, Ermənistanda bu parlament seçkilərində də birinci olaraq Paşinyanın partiyası çıxacaq. Düşünürəm ki, erməni xalqı artıq Köçəryanlardan, Sarkisyanlardan bezib. Onların ritorikaları nə qədər sərt olsa da, erməni xalqı artıq müharibə istəmir. Onlar müharibə ehtimalından qorxduğu üçün “Qarabağ klanı”na şans tanımayacaqlar. Paşinyan isə erməni xalqına özünü sülh gətirən lider kimi təqdim edir və eyni zamanda, Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyişlərin əldə olunması baş nazirin xidməti kimi də qiymətləndirilməlidir”.

Politoloq qeyd edib ki, müharibədən yorulmuş erməni xalqı seçkidə ikinci dəfə bölgədə münaqişəyə səbəb ola biləcək addım atmayacaq:

“Dünyada hazırkı iqtisadi böhran dönəmində Ermənistana Paşinyan kimi lider lazımdır. Bunu erməni xalqı da düşünməlidir. Onlar yenidən Köçəryanlara, Sarkisyanlara şans versələr, Ermənistan bir daha blokada vəziyyətinə düşə bilər. Paşinyan isə addım-addım da olsa, öz dövlətini və xalqını sülhə yaxınlaşdıran lider ola bilib. Ümumiyyətlə, Ermənistanda seçkilərin nəticəsi təkcə erməni xalqı üçün deyil, bütövlükdə region üçün də çox vacibdir. Əgər Rusiyanın dəstəklədiyi qüvvələr hakimiyyətə gələrsə, region yenidən qarışa bilər, amma bu da bir reallıqdır ki, Ermənistanda bir cəbhəni Rusiya, digər cəbhəni isə Qərb dəstəkləyir. Hesab etmirəm ki, Qərb dövlətləri və Paşinyanı hakimiyyətə gətirən qüvvələr yenidən Ermənistanı Rusiyanın təsiri altına salıb Köçəryanlara güzəşt etsinlər. Hər bir halda, düşünürəm ki, Paşinyan seçkidə hökuməti təkbaşına formalaşdıra bilməsə də, yenidən birinciliyi qazanacaq”.

Nurlan Cəfəri


15-05-2026, 12:56 173

Digər xəbərlər

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

"Sumqayıt"ın yeni məşqçisi böyük hədəf açıqladı

Müəllimlərə süni intellektdən istifadə öyrədiləcək

Sumqayıtlı magistr MİQ-də 85 bal topladı: "Nəticəmi 68,5-dən 85-ə yüksəltdim"

Sumqayıtda mərasim evi GƏRGİNLİYİ: Sakinlər ayağa qalxdı, sahibindən mübahisəli açıqlama

İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərdi: "15 İyul qəhrəmanlıq dastanıdır"

Sumqayıtlı gənc Rusiya-Ukrayna müharibəsində həlak olub

Şəhid Kənan Allahverdiyev adına küçəni zibil basıb – Sakinlər kömək istəyir-VİDEO

Toyuq tükü qalmaqalı: AQTA kolbasa istehsalını dayandırdı-FOTO

İyulun 15-də Abşeron və Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

65 illik ömrünə Vətən sevgisi ilə yazılan həyat yolu-FOTOLAR

Qayınatasını bıçaqlayaraq öldürən şəxsə Sumqayıtda hökm oxundu

Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1081
Dünən, 19:33
Dünən, 18:29
Dünən, 18:26
Dünən, 18:20
Dünən, 18:02
Dünən, 14:57
Dünən, 14:11
Dünən, 13:51
Dünən, 13:24
Dünən, 13:07
Dünən, 12:32
Dünən, 12:00
Dünən, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
13-07-2026, 19:14
13-07-2026, 17:53
13-07-2026, 17:51
13-07-2026, 16:50
13-07-2026, 16:17
13-07-2026, 16:17
13-07-2026, 16:15
13-07-2026, 16:07
13-07-2026, 16:05
13-07-2026, 15:59
13-07-2026, 15:49
13-07-2026, 15:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1081