
Sumqayıtda kişi meyiti tapılıb.
Sumqayit.tv-yə verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.
Belə ki, 41 yaşlı Elməddin Ağayevin cansız bədəni yaşadığı evin qarşısında qonşuları tərəfindən aşkar edilib. Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qonşuların sözlərinə görə, Elməddin Ağayev sakit və mehriban xarakterli insan olub, təkər biznesi ilə məşğul olurmuş.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bu gün, 08:00
3