İlham Əliyev Donald Trampı ABŞ-ın 250 illiyi münasibətilə təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.

Sumqayit.tv xəbər verir ki, məktubda ABŞ-ın 250 il əvvəl müstəqilliyini elan etməsinin dünya tarixində mühüm hadisə olduğu vurğulanıb. Dövlət başçısı ABŞ-ın ötən dövrdə qlobal miqyasda güclü və nüfuzlu dövlətə çevrildiyini qeyd edib, Donald Trampın rəhbərliyi ilə ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycan–ABŞ münasibətlərinin son dövrlərdə yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, fevral ayında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, təhlükəsizlik, rəqəmsal transformasiya və süni intellekt kimi sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Məktubda, həmçinin ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstək yüksək qiymətləndirilib. İlham Əliyev ötən il Ağ Evdə keçirilən üçtərəfli görüşün regionda yeni müsbət vəziyyət yaratdığını qeyd edib, Azərbaycan və Ermənistan arasında sülh və ticarət münasibətlərinin formalaşdığını vurğulayıb.

Dövlət başçısı "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" layihəsinin Asiya ilə Avropa arasında etibarlı və təhlükəsiz nəqliyyat bağlantısının yaradılmasına xidmət etdiyini bildirərək, ABŞ-ın bu istiqamətdəki dəstəyini xüsusi qeyd edib.

Sonda Prezident İlham Əliyev Donald Trampa möhkəm cansağlığı, fəaliyyətində uğurlar, ABŞ xalqına isə əmin-amanlıq, firavanlıq və rifah arzulayıb.


4-07-2026, 12:06 98

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098