Qubada qum-çınqıl karxanasında oğurluq olub.Bu haqda
Sumqayit.tv-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Barlı kəndi ərazisində "Qazax Sement Zavodu” MMC-yə məxsus qum-çınqıl karxanasından texnikalara aid ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Sumqayıt şəhər sakini H.Piriyev və Salyan rayon sakini E.Muradov saxlanılıblar.