Bakı Laçın dəhlizində post quracaq - ŞƏRTLƏR


Brüssel görüşündə əsas məqamlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır: Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib, lakin İrəvanın dediyi kimi, burada gömrük və sərhəd nəzarəti qurulacaq;

Praktiki addımlar bu razılaşmaya əsasında atılarsa:


1. Azərbaycan Naxçıvana dəhlizlə yox, nəqliyyat yolu ilə çıxacaq;


2. Azərbaycan Laçın dəhlizində gömrük və sərhəd nəzarəti quracaq: Əliyev görüşdən öncə bunu şərt olaraq irəli sürdü.


Və istisna deyil ki, bu razılaşma Əliyevlə Paşinyanın təkbətək görüşündə əldə edilib.


Laçın dəhlizində gömrük və sərhəd nəzarəti postunun qurulması müharibədən sonra ən böyük qazanclardan biri ola bilər:


- Qarabağa qanunsuz daşımaların qarşısı alınacaq;


- Rus sülhməramlılarının bölgədəki təsir imkanları zəifləyəcək;


- Ermənistana bizim gömrük postundan keçərək gedən ermənilər üzərində idarəçiliyi müəyyən qədər bərpa edə biləcəyik;


- Və ən əsası Laçın dəhlizi dəhliz olmayacaq.


Burada əsas məqam Bakı və İrəvanın "dəhlizlər” üzərindəki nəzarətlərindən rıçaq kimi istifadə imkanlarıdır: Bakı Laçın dəhlizini, İrəvan Zəngəzur dəhlizini bağlamaqla siyasi proseslərə təsir edə bilər, hərçənd, Zəngəzur dəhlizindən (Naxçıvana gedən yol) təkcə Azərbaycan yox, Türkiyə, İran və Rusiyanın da istifadə edəcəyini nəzərə alsaq, Bakı ilə müqayisədə İrəvanın bundan rıçaq kimi istifadə imkanları zəifləyir.

Brüssel anlaşmasının praktiki mərhələdə işləyəcəyi sual altındadır. Dəhlizlərə "gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması”, yəni tərəflərin öz nəzarətində olması rusların marağında deyil.

Lakin Moskvada da, Brüsseldə də Bakı qazanclı çıxdı və hər iki halda – kommunikasiyanın dəhliz, yaxud yol məntiqi ilə açılması Azərbaycana sərf edir.


15-12-2021, 15:08 360

Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO

Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI

Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR

Sumqayıtda məşhur istirahət mərkəzində ölüm

Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib

“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR

Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
19-08-2026, 12:19
19-08-2026, 11:32
19-08-2026, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1101