Sumqayıtda 3 restoran müdiri haqqında cinayət işi başlanıb

Sumqayıtda 12 restoran cərimələnib, 3 restoran sahibi barəsində isə cinayət işi qaldırılıb.

Sumqayit.tv-in  məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarından ibarət yaradılan monitorinq qrupları şəhər ərazisində fəaliyyət göstərən restoranlarda yoxlamaları davam etdirirlər.
Monitorinqlər zamanı 44 restoranda Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunmasının vəziyyəti yoxlanılıb.
Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi, iştirakçıların COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlər yoxlanılıb.
İndiyədək aparılan monitorinqlər nəticəsində 12 restoranda karantin qaydalarının pozulduğu məlum olub. Belə ki, restoranlarda obyekt sahibləri tərəfindən "icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı və tərəflər arasında bağlanmış iltizamın müştərilər tərəfindən pozulduğu məlum olub.
Bir sıra restoranlarda şənlik iştirakçılarının təsdiqedici sənədi olmaması müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb, onlar xəbərdarlıq edilərək geri qaytarılıb.
Sumqayıt şəhər Polis İdarəsinin Təşkilati –inspeksiya qrupunun baş inspektoru, polis polkovniki Fazil Aslanov APA-ya bildirib ki, aşkarlanan pozuntularla bağlı restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozduqlarına görə 4000 manat cərimələniblər. F. Aslanov qeyd edib ki, 3 restoran sahibi dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq karantin qaydalarına zidd toy məclisi təşkil etdikləri üçün barələrində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə restoranlar və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Sumqayıtda 12 restoran cərimələnib, 3 restoran sahibi barəsində isə cinayət işi başlanıb
 
Sumqayıtda 12 restoran cərimələnib, 3 restoran sahibi barəsində isə cinayət işi başlanıb
 
Sumqayıtda 12 restoran cərimələnib, 3 restoran sahibi barəsində isə cinayət işi başlanıb
 
Sumqayıtda 12 restoran cərimələnib, 3 restoran sahibi barəsində isə cinayət işi başlanıb
 

23-07-2021, 12:20 457

Digər xəbərlər

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 14:58
Bu gün, 14:56
Bu gün, 14:50
Bu gün, 14:41
Bu gün, 14:38
Bu gün, 14:31
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1065