Bu qidalar xərçəng riskini azaltmağa kömək edə bilər

Bəzi qidalar xərçəng riskinin azalmasına kömək edə bilər. Bu barədə ginekoloq Aleksandra Enrikes "El Confidencial" nəşrinə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, qaragilə antioksidantlarla zəngin olduğundan orqanizmdə xroniki iltihab və sərbəst radikallarla mübarizəyə kömək edir. O bildirib ki, brokoli, gül kələmi və Brüssel kələmi də DNT-ni zədələnmədən qoruyan maddələr ehtiva etdiyinə görə faydalı qidalar sırasındadır.

Aleksandra Enrikes tam taxıllı məhsulların da rasionda yer almasını tövsiyə edib. Onun sözlərinə görə, bu məhsullar hormonlarla əlaqəli bəzi şişlərin yaranma riskinin azalmasına kömək edə bilər.

Mütəxəssis, həmçinin qırmızı lobya, mərci, noxud, kətan toxumu, soya paxlası və yaşıl çayın da gündəlik qidalanmada yer almasını məsləhət görüb. O, yeməklərə sarıkök əlavə etməyin də faydalı ola biləcəyini bildirib.

Qeyd edək ki, sağlam qidalanma xərçəng riskini azalda bilən amillərdən biri hesab olunsa da, heç bir qida təkbaşına xərçəngin qarşısını almır. Mütəxəssislər balanslı qidalanma, fiziki aktivlik və müntəzəm tibbi müayinələrin xəstəliklərin profilaktikasında mühüm rol oynadığını vurğulayırlar.


3-07-2026, 00:22 57

Digər xəbərlər

Şəhid mayorun oğlu tələbə adını qazandı – atasının adını qürurla yaşadır-FOTO

Zakir Fərəcov sakinlərlə görüş keçirdi – müraciətlər yerində dinlənildi

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirən böyük ürək sahibi — Mehriban Əliyeva

Sumqayıtda fəaliyyət göstərən institutda TƏYİNAT

Saray sakinlərindən 17 və 17A marşrutları ilə bağlı ŞİKAYƏT – avtobuslar 40-45 dəqiqə gecikir

Xırdalanda qanunsuz tikinti ilə bağlı təqsirləndirilən şəxsə bəraət verildi

Qarşıdan maşının gəldiyini görsə də dayanmağa səbri çatmadı - VİDEO

Sumqayıtda küçədə yaşlı qadının meyiti tapıldı

Mehriban Əliyevanın doğum günüdür

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 20:10
Bu gün, 15:09
Bu gün, 14:51
Bu gün, 14:11
Bu gün, 13:26
Bu gün, 12:55
Bu gün, 12:05
Bu gün, 10:52
Bu gün, 09:58
Dünən, 22:50
Dünən, 13:46
Dünən, 13:35
Dünən, 12:37
Dünən, 12:29
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:43
Dünən, 11:39
Dünən, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
1 2 3 4 5 6 7 8 9 10 ... 1102