Tanışını 100 manat borc pula görə bıçaqlayan şəxsin cəzası azaldıldı


Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Babşovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.
 
İttihama görə, hadisə 11 iyul 2023-cü il tarixdə, saat 17:00-da Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsində qeydə alınıb.
 
Belə ki, Mahir Babşovun tanışı, zərərçəkmiş Bayram Balayevin (şərti) ondan iki gün müddətinə qaytarmaq şərti ilə 100 manat pul alıb. Lakin zərərçəkmiş həmin pulu iki günə geri qaytara bilməyib. Buna görə onların arasında mübahisə düşüb. Nəticədə Mahir mətbəx bıçağı ilə zərərçəkmiş şəxsin sinə nahiyəsinə qəsdən bir dəfə vuraraq xəsarət yetirib.
 
Hadisədən sonra Mahir Babşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

19-02-2025, 13:55 93

Digər xəbərlər

Zakir Fərəcov sakinlərlə görüş keçirdi – müraciətlər yerində dinlənildi

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirən böyük ürək sahibi — Mehriban Əliyeva

Sumqayıtda fəaliyyət göstərən institutda TƏYİNAT

Saray sakinlərindən 17 və 17A marşrutları ilə bağlı ŞİKAYƏT – avtobuslar 40-45 dəqiqə gecikir

Xırdalanda qanunsuz tikinti ilə bağlı təqsirləndirilən şəxsə bəraət verildi

Qarşıdan maşının gəldiyini görsə də dayanmağa səbri çatmadı - VİDEO

Sumqayıtda küçədə yaşlı qadının meyiti tapıldı

Mehriban Əliyevanın doğum günüdür

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 15:09
Bu gün, 14:51
Bu gün, 14:11
Bu gün, 13:26
Bu gün, 12:55
Bu gün, 12:05
Bu gün, 10:52
Bu gün, 09:58
Dünən, 22:50
Dünən, 13:46
Dünən, 13:35
Dünən, 12:37
Dünən, 12:29
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:43
Dünən, 11:39
Dünən, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
1 2 3 4 5 6 7 8 9 10 ... 1102