"Ona tapşırılmışdı ki, Sumqayıtda qan tökülməlidir" —Sumqayıt hadisələrindən 37 İL ÖTÜR


"Sumqayıt hadisələri Sovet İttifaqının Dövlət Təhlükəsizlik Komitəsinin hazırladığı əməliyyat idi. Bu əməliyyatda bir neçə qruplar istifadə edilirdi. Ermənistandan qovulan azərbaycanlılar arasında Sumqayıtda vəziyyətin gərginləşdiyini görüb ermənilərə doğru yönələnlər də var idi. Hadisələrin əsas qəhrəmanı dəfələrlə məhkum olunmuş, cinayətkar Eduard Qriqoryan adlı residivist idi. Onun dəstəsi ünvanlı şəkildə ermənilərin yaşadığı evlərə hücum edir, divan tuturdular. Öldürülənlər həmin ermənilər idi ki, gizli fonda pul ödəmirdilər". 

Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

"Sumqayıt erməniləri ona görə hədəfə alınmışdı ki, Ermənistan bütün dünyaya bunu Azərbaycanın etməsi kimi yalandan car çəksin. Rəsmi İrəvan 300 minə yaxın azərbaycanlını yurd-yuvasından qovduqdan sonra özlərinə bəraət qazandırmağa çalışırdı. Bu yaxınlarda birinci prezident Levon Ter-Petrosyan etiraf etdi ki, 600 il ərzindı ilk olaraq azərbaycanlıları Ermənistan torpağından çıxarıblar.  Sumqayıt hadisələri erməni rasionalizminin özünü hazır hiss edib hücuma keçməsi üçün törədildi. O zamanın Dağlıq Qarabağ vilayətində (indi ləğv edilib) də azərbaycanlılara qarşı etnik təmizləmə edilirdi. Sovet İttifaqının dağıdılma prosesi zamanı Qarbaçov kimi satqınlar erməni məsələsindən istifadə edərək mərkəzdənqaçma siyasəti yürütdülər".

O bildirib ki, bu proseslərin başlanğıcı ermənilərlə azərbaycanlıların münaqişəsi oldu:

"Digər respublikalarda olan qarşıdurmalar söndürülə bilsə də, Azərbaycanda bunu edə bilmədilər. Azərbaycan məsələ ilə bağlı kifayət qədər araşdırmalar aparılıb. Beynəlxalq müstəvidə də Sumqayıt hadisələri ilə bağlı ciddi şəkildə DTK-nın plan hazırladığını bildirmişik. Xüsusi təyinatlı adamlar küçələrdə insanları qızışdırırdı. Eduard Qriqoryan isə ancaq onların qətlini həyata keçirirdi. Ona tapşırılmışdı ki, Sumqayıtda qan tökülməlidir. Biz bu gün bütün təfərrüatları araşdırmışıq. Bu təxribat Moskvanın əmri ilə həyata keçirilib. Eduard Qriqoryanln məhkəməsi Moskvada keçirildi və hələ də sağdır. Azərbaycan onu beynəlxalq axtarışa verdiyi üçün yaşadığı yerdən ayrılmaq niyyətində deyil". //Demokrat.az-

28-02-2025, 17:35 126

Digər xəbərlər

Zakir Fərəcov sakinlərlə görüş keçirdi – müraciətlər yerində dinlənildi

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirən böyük ürək sahibi — Mehriban Əliyeva

Sumqayıtda fəaliyyət göstərən institutda TƏYİNAT

Saray sakinlərindən 17 və 17A marşrutları ilə bağlı ŞİKAYƏT – avtobuslar 40-45 dəqiqə gecikir

Xırdalanda qanunsuz tikinti ilə bağlı təqsirləndirilən şəxsə bəraət verildi

Qarşıdan maşının gəldiyini görsə də dayanmağa səbri çatmadı - VİDEO

Sumqayıtda küçədə yaşlı qadının meyiti tapıldı

Mehriban Əliyevanın doğum günüdür

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 15:09
Bu gün, 14:51
Bu gün, 14:11
Bu gün, 13:26
Bu gün, 12:55
Bu gün, 12:05
Bu gün, 10:52
Bu gün, 09:58
Dünən, 22:50
Dünən, 13:46
Dünən, 13:35
Dünən, 12:37
Dünən, 12:29
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:43
Dünən, 11:39
Dünən, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
1 2 3 4 5 6 7 8 9 10 ... 1102