Sumqayıt şəhərində yaşayış evində bir nəfərin meyiti aşkarlanıb.
Sumqayit.tv xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb. 1955-ci il təvəllüdlü Güləli Hadıyev yaşadığı evdə ölü halda tapılıb.
Meyit müvafiq ekspertiza və araşdırmalar aparılması üçün aidiyyəti üzrə təhvil verilib.