Sumqayıtda WUF13-ə həsr olunan məlumatlandırma sessiyası keçirilib - FOTO

Sumqayıt Dövlət Universitetində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası təşkil edilib.

Sumqayit.tv xəbər verir ki, tədbir ölkə ictimaiyyətinin WUF13 barədə məlumatlandırılması məqsədilə keçirilib və sessiyada universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov şəhərin yaranma tarixindən, son illərdə keçdiyi inkişaf mərhələlərindən və şəhərsalma sahəsində həyata keçirilən yeniliklərdən danışıb. O, WUF13 forumunun əhəmiyyətini xüsusi vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu isə Azərbaycanda şəhərsalma sahəsində görülən işlərdən bəhs edib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və müasir yaşayış məkanlarının yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. Qeyd olunub ki, artıq 8 şəhərin baş planı və 101 kənd və qəsəbənin şəhərsalma əsaslandırılması təsdiqlənib.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə forumun proqramı barədə ətraflı məlumat verərək müəllim və tələbələri tədbirə qoşulmağa dəvət edib. Onun sözlərinə görə, iştirakçılar forumda həm əyani, həm də onlayn formatda iştirak edə bilərlər.

Məlumata görə, WUF13 Festivalı çərçivəsində Göyərçin parkında ictimai proqram da təşkil olunub. Proqram zamanı dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti və innovativ şəhər həlləri ilə bağlı müxtəlif təqdimatlar, maarifləndirici oyunlar və ictimai müzakirələr keçirilib.

Forumla bağlı ətraflı məlumatı www.wuf13.az saytından əldə etmək mümkündür.

 

 

 

 

 

 

 


13-05-2026, 16:20 202

Digər xəbərlər

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

"Sumqayıt"ın yeni məşqçisi böyük hədəf açıqladı

Müəllimlərə süni intellektdən istifadə öyrədiləcək

Sumqayıtlı magistr MİQ-də 85 bal topladı: "Nəticəmi 68,5-dən 85-ə yüksəltdim"

Sumqayıtda mərasim evi GƏRGİNLİYİ: Sakinlər ayağa qalxdı, sahibindən mübahisəli açıqlama

İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərdi: "15 İyul qəhrəmanlıq dastanıdır"

Sumqayıtlı gənc Rusiya-Ukrayna müharibəsində həlak olub

Şəhid Kənan Allahverdiyev adına küçəni zibil basıb – Sakinlər kömək istəyir-VİDEO

Toyuq tükü qalmaqalı: AQTA kolbasa istehsalını dayandırdı-FOTO

İyulun 15-də Abşeron və Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

65 illik ömrünə Vətən sevgisi ilə yazılan həyat yolu-FOTOLAR

Qayınatasını bıçaqlayaraq öldürən şəxsə Sumqayıtda hökm oxundu

Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1081
Dünən, 19:33
Dünən, 18:29
Dünən, 18:26
Dünən, 18:20
Dünən, 18:02
Dünən, 14:57
Dünən, 14:11
Dünən, 13:51
Dünən, 13:24
Dünən, 13:07
Dünən, 12:32
Dünən, 12:00
Dünən, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
13-07-2026, 19:14
13-07-2026, 17:53
13-07-2026, 17:51
13-07-2026, 16:50
13-07-2026, 16:17
13-07-2026, 16:17
13-07-2026, 16:15
13-07-2026, 16:07
13-07-2026, 16:05
13-07-2026, 15:59
13-07-2026, 15:49
13-07-2026, 15:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1081