UGİM-də YAP-ın 29-cu ili qeyd olunub



22.11.2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə əlaqədar  Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində  dəyirmi masa təşkil edilib. Dəyirmi masada mərkəzin YAP ərazi partiya təşkilatının sədri Esmira Qocayeva, direktoru Əntiqə Rzayeva, həmkarlar təşkilatının sədri Nərminə Ağayeva, müəllimlər iştirak ediblər. İlk öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra ərazi partiya təşkilatının sədri Esmira Qocayeva  Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın təkidi ilə Ümummili liderin  siyasi rəhbərliyi qəbul edərək müstəqil Azərbaycanın inkişafındakı əvəzsiz xidmətləri barədə məlumat verdi. O qeyd etdi ki, tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində Azərbaycan öz milli-ənənəvi dəyərlərini qoruyaraq, yeni bir inkişaf dövrünə qədəm qoymuşdur. Heydər Əliyevin zəkası bütün çətinlikləri dəf edərək Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.    Daha sonra mərkəzin direktoru Əntiqə Rzayeva öz çıxışında qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin çoxəsirlik dövlətçiliyimiz tarixində onun xidmətlərinin  müstəsna yeri vardır.Müasir Azərbaycanda  dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun formalaşması onun adı ilə bağlıdır. Bu günkü gündə  Heydər Əliyev məktəbinin davamçısı kimi İlham Əliyev onun siyasi kursunu layiqli şəkildə davam etdirir.        Tədbirdə Həmkarlar təşkilatının sədri Nərminə Ağayeva söz alaraq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və sədri olduğu Yeni Azərbaycan Partiyası ilə sıx şəkildə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə YAP-ın inkişafında  yeni mərhələ başlamışdır. Bu gün siz çalışmalısınız ki, YAP-nın fəal gəncləri  olaraq milli dövlətçilik ideyalarını gələcək nəslə ötürəsiniz. Sonda, mərkəzin direktoru Əntiqə Rzayeva  partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə bütün kollektivi təbrik etdi.




22-11-2021, 15:16 296

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065