Nəhayət: "BakıKart" Sumqayıtda da istifadə olunacaq


Bakı və Sumqayıtın ictimai nəqliyyatında vahid ödəniş sistemindən - "BakıKart"dan istifadə olunacaq.

Sumqayit.tv xəbər verir ki, bu barədə "report”a açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Toqif Saydumov deyib.
O bildirib ki, artıq Türkiyədən yeni validator aparatları sifariş edilib:
"Bu gündən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş müvəqqəti olaraq dayandırılıb. Avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartları insanlara problem yaşadırdı. Bu barədə çoxsaylı şikayətlər olunurdu. Bu problemin aradan qaldırılması üçün təzə validator aparatları sifariş verilib. Əvvəlki aparatlar Sankt-Peterburqdan gətirilmişdi və özünü doğrultmadı. Yeni aparatlar Türkiyədən gətiriləcək".
T. Saydumovun sözlərinə görə, Sumqayıtda bütün ictimai nəqliyyat kart sisteminə keçir". Bu vaxta qədər 19 marşrutda gediş haqqının ödənişi kartla həyata keçirilib. Bizim 206 avtobusumuz var. Onların hər birində yeni aparatlar quraşdırılacaq”.
O qeyd edib ki, artıq "BakıKart” sistemi ilə eyni olan kartlar da sifariş edilib: "Sərnişinlər həmin kartlardan həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında istifadə edə biləcəklər. Bu böyük həcmli işdir. Yəqin ki, bu prosesin yekunlaşması bir aydan tez olmayacaq. Çünki 206 avtobusda aparat quraşdırılmalıdır, yeni kartlar hazırlanmalıdır. Kartın adının "BakıKart” olaraq qalacağı və ya dəyişəcəyi hələ dəqiq bilinmir. Amma kart həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında eyni rola malik olacaq”.
T.Saydumov bildirib ki, yeni kartların alınması üçün əlavə ödəniş olmayacaq:
"Köhnə kartlar yeniləri ilə başabaş dəyişdiriləcək. Kimin kartında vəsait qalıbsa, o təzə karta köçürüləcək. Burda nə pul itkisi olacaq, nə də yeni karta görə əlavə ödəniş”.
Xatırladaq ki, noyabrın 22-dən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş validatorlarda olan texniki nasazlıq səbəbindən müvəqqəti dayandırılıb. Sumqayıtda marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə bu il sentyabrın 28-dən başlanılmışdı. Lakin sərnişinlərin kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayət etdikləri müşahidə edilirdi.

22-11-2021, 17:32 218

Digər xəbərlər

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

Sumqayıtda uşaq meydançaları ilə bağlı qaldırılan məsələ həllini tapdı

Sumqayıtda bədbəxt hadisə ölümə səbəb oldu

Tramp dünyanın sevdiyi o qadını niyə yalvardıb? – Gərginliyin pərdəarxası

Sumqayıtda 50 yaşlı kişinin meyiti mənzildə aşkarlanıb-

Sumqayıt şagirdləri ölkənin ən yüksək nəticə göstərənləri sırasında yer aldı

Sumqayıtda yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 10:47
Bu gün, 10:23
Bu gün, 10:21
Bu gün, 10:17
Bu gün, 10:15
Bu gün, 09:45
Bu gün, 08:55
Bu gün, 08:50
Dünən, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
1 2 3 4 5 6 7 8 9 10 ... 1065