Sumqayıt şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin "Həyat bilgisi” fənninin müəllimləri, "İntihar: mənəvi və ictimai müstəvidə” mövzusunda keçirilən seminar-treninqdə iştirak ediblər. Bu haqda AZƏRTAC məlumat yayıb.Onlayn formatda baş tutan seminarda intihar və intihara cəhd hadisələrindən danışılıb. Bu kimi hadisələrin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsindən bəhs olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarın təşkilatçısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir.