AQTA Sumqayıtın Orman restoranında qanun pozuntuları aşkarlayıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Sumqayit.tv xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 22-də ölkə üzrə 395 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail ‎rayonu, Nizami küç., ev 60m ünvanında yerləşən, fiziki şəxs Həmidov Nihat Cavid oğluna məxsus kafe;
2. Bakı şəhəri, Səbail ‎rayonu, Xəqani küç., ev 21m ünvanında yerləşən, fiziki şəxs Kərimova Nərgiz Murad qızına məxsus “BeeArif By MyDom” restoranı;
3. Bakı şəhəri, Səbail ‎rayonu, Xəqani küç., Malakan bağında yerləşən, hüquqi şəxs “Qonaq Hospitality Group” MMC-yə məxsus restoran;
4. Bakı şəhəri, Xətai ‎ rayonu, Telnov küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Hətəmli Çingiz Elçin oğluna məxsus kafe;
5. Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi, ev 41d ünvanında yerləşən, hüquqi şəxs “Brilliance” MMC-yə məxsus “Qəsr” restoranı;
6. Bakı şəhəri, Yasamal rayonu, A. A. Bakıxanov küç., ev 2 ‎ünvanında yerləşən, hüquqi şəxs “Vorf Project” MMC-yə məxsus “Scalını” restoranı;
7. Bakı şəhəri, Xəzər ‎rayonu, Heydər Eyvazov küç., ev 45b ‎ünvanında yerləşən, fiziki şəxs Mansurov Vüqar İlqar oğluna məxsus kafe;
8. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən, fiziki şəxs Məhərrəmov Eldəniz Sabəddin oğluna məxsus “Orman” restoranı;
9. Lənkəran şəhəri, Qala Xiyabanı küçəsində yerləşən, hüquqi şəxs “Torart” MMC-yə məxsus kafe;
10 Ucar rayonu, H. Əliyev pr., ev 150 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Surxay Nüsrət oğluna məxsus kafe;
11. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi 33C ünvanında yerləşən, fiziki şəxs Musayev Sərxan Yaqub oğluna məxsus “Arion” otelinin tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


24-12-2021, 11:32 482

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065