Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə yanvarın 25-də 32-ci məhəllə ərazisindən şəhər sakini Q.Əhmədovun “Opel” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Nöhbalıyev müəyyən edilərək saxlanılmışdır.
Sumqayıt ŞPİ-də araşdırma aparılır.