Sumqayıt müəllimləri intellektual yarışda mübarizə aparıblar - FOTO

 
Sumqayıt şəhərində ibtidai sinif müəllimlərindən ibarət komandaların iştirakı ilə məktəblərarası “Nə? Harada? Nə zaman?” formatlı intellektual yarış təşkil olunub.

Sumqayit.tv xəbər verir ki, layihə Karyera və Psixologiya Mərkəzi ilə Sumqayıt Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

Yarışın əsas məqsədinin təhsilin təməlini formalaşdıran ibtidai sinif müəllimlərinin nüfuzunun artırılması, onların fəaliyyətinə diqqətin gücləndirilməsi və öz üzərlərində daha həvəslə çalışmalarına stimul yaradılması olduğu bildirilib.

İntellektual yarışda Sumqayıt üzrə ümumilikdə 32 məktəbin komandası iştirak edib. Komandalar əvvəlcə 3 qrup üzrə mübarizə aparıblar. Hər qrupda ilk 3 yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıblar.

Final mərhələsinin nəticələrinə əsasən, birinci yeri Polad Həşimov adına 28 nömrəli məktəb, ikinci yeri N.Tusi adına 12 nömrəli məktəb, üçüncü yeri isə 13 nömrəli məktəb tutub.

Qaliblərə diplom və hədiyyələr təqdim olunub, yarışda fəal iştirak edən müəllimlər isə təşəkkürnamələrlə təltif ediliblər.

Tədbirdə çıxış edən müəllimlər yarışın maraqlı və yaddaqalan keçdiyini bildirərək layihənin davamlı olmasının vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, layihənin gələcəkdə digər şəhər və rayonlarda da keçirilməsi nəzərdə tutulur.

 

 

 

 

 

 

 


14-05-2026, 10:08 328

Digər xəbərlər

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

"Sumqayıt"ın yeni məşqçisi böyük hədəf açıqladı

Müəllimlərə süni intellektdən istifadə öyrədiləcək

Sumqayıtlı magistr MİQ-də 85 bal topladı: "Nəticəmi 68,5-dən 85-ə yüksəltdim"

Sumqayıtda mərasim evi GƏRGİNLİYİ: Sakinlər ayağa qalxdı, sahibindən mübahisəli açıqlama

İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərdi: "15 İyul qəhrəmanlıq dastanıdır"

Sumqayıtlı gənc Rusiya-Ukrayna müharibəsində həlak olub

Şəhid Kənan Allahverdiyev adına küçəni zibil basıb – Sakinlər kömək istəyir-VİDEO

Toyuq tükü qalmaqalı: AQTA kolbasa istehsalını dayandırdı-FOTO

İyulun 15-də Abşeron və Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

65 illik ömrünə Vətən sevgisi ilə yazılan həyat yolu-FOTOLAR

Qayınatasını bıçaqlayaraq öldürən şəxsə Sumqayıtda hökm oxundu

Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1081
Dünən, 19:33
Dünən, 18:29
Dünən, 18:26
Dünən, 18:20
Dünən, 18:02
Dünən, 14:57
Dünən, 14:11
Dünən, 13:51
Dünən, 13:24
Dünən, 13:07
Dünən, 12:32
Dünən, 12:00
Dünən, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
13-07-2026, 19:14
13-07-2026, 17:53
13-07-2026, 17:51
13-07-2026, 16:50
13-07-2026, 16:17
13-07-2026, 16:17
13-07-2026, 16:15
13-07-2026, 16:07
13-07-2026, 16:05
13-07-2026, 15:59
13-07-2026, 15:49
13-07-2026, 15:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1081