"Yarasa" üzvü kimi "hərəkət etdi", həbsə düşdü


Sosial şəbəkədə tanış olduğu qadına qarşı dələduzluq edən Anar Quliyevin (soyad şərtidir) məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1984-cü il təvəllüdlü A.Quliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Nərgiz Məmmədova (ad-soyad şərtidir) ilə tanış olan zaman özünü XTQ-nin keçmiş mənsubu kimi təqdim edib. O, Vətən müharibəsi başlayan zaman sentyabrın sonunda Nərgizə zəng edərək, guya döyüşə çağırıldığını bildirib. Anar mütəmadi olaraq qadına zəng vurub yalandan cəbhə bölgəsində olduğunu, döyüş əməliyyatlarında iştirak etdiyini söyləyib.
Vətən müharibəsi başa çatandan sonra sosial şəbəkədə tanış olan şəxslər görüşüblər. Anar ilk tanışlıq zamanı özünü Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” adlı xüsusi təyinatlı dəstəsinin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim edib. 2021-ci ilin yanvar ayının 28-də Anarın anası onlara elçi gedib, lakin qızın valideynləri düşünmək üçün vaxt istəyiblər.
Maraqlıdır ki, Anarın anası da oğlunun yalanına şərik çıxıb və övladının zabit olduğunu təsdiqləyib. Əslində isə məlum olub ki, sevgilisinə yalan danışan şəxs özəl şirkətlərin birində mühafizəçi işləyirmiş.
Anar bu ərəfədə Nərgizi DTX-də işə düzəldə biləcəyini deyib, bunun üçün kurslara qatılmalı olduğunu qeyd edib. A.Quliyev bu səbəbdən ümümulikdə qarşı tərəfdən müxtəlif bəhanələrlə 10 000 manata yaxın pul alıb. 
2021-ci ilin sonlarında isə Nəgrizlə Anarın münasibətləri pozulub. Qadın aldadıldığını başa düşüb və Anarın əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Bundan sonra Anar Nərgizə mesaj yazıb: “Səhər məni apardılar, dedilər ki, mən filankəsin adından kimlərdənsə pul alıb işə düzəltmişəm. Sən evdə kiməsə nəsə demisən? Dedim ki, demə də evdə. Rütbəmi “cırdılar”, hər şeyimi aldılar əlimdən”.
Qeyd edək ki, Anar Quliyev daha öncə də məhkumluq həyatı yaşayıb. O, həmin vaxt Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) təqsirli bilinib.

12-11-2022, 12:00 250

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Dünən, 17:37
Dünən, 17:16
Dünən, 14:43
Dünən, 14:30
Dünən, 14:23
Dünən, 10:10
Dünən, 10:05
3-05-2026, 15:47
3-05-2026, 12:56
3-05-2026, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047