Ukrayna ordusu “Vaqner” özəl hərbi qruplaşmasının Luqansk vilayətinin Kadiyevka şəhərindəki bazasını vurub.Sumqayit.tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun zabiti və bloger Anatoli Ştefan məlumat yayıb.
Onun sözlərinə görə, HİMARS sistemləri ilə endirilən zərbələrdən sonra vaqnerçilərin qaldığı otelin binasının bir hissəsi dağılıb.
Rus hərbçilərin itkilərinin dəqiq sayı ilə bağlı məlumat verilməyib.
Hadisəni Luqanskdakı rus separatçıları da təsdiqləyiblər.