"Problem yoxdur" sənədli filmi Sumqayıtda təqdim edilib

Problem yoxdur sənədli filmi Sumqayıtda təqdim edilib

"Problem yoxdur" sənədli filmi Sumqayıtda təqdim edilib.
Sumqayit.tv
"reöprt"un yerli bürosu xəbər verir ki, rejissor Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur" sənədli filmi növbəti dəfə beynəlxalq təlimçi Əsmər Kərimovanın təşkilatçılığı ilə Sumqayıt şəhərində Muğam Mərkəzində nümayiş edilib.
Əlilliyi olan şəxs Alik Cəfərovun həyat hekayəsindən bəhs edən filmin ilk təqdimat tədbiri Bakıda daha sonra Gəncə şəhərində iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Sumqayıt şəhərində də Azərbaycan Dövlət Himni ilə başlayan tədbirdə pedaqoq Aygün Qasımova və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyevin aparıcılığı ilə təşkil olunan təqdimat mərasimində ekran əsərinin özəlliyindən söhbət açılıb. Onlar bu filmin və bu tədbirlərin inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.
Tədbirin təşkilatçısı Əsmər Kərimova tədbiri açıq elan etdikdən sonra çıxış üçün söz inklüziv təhsil mütəxəssisi, pedaqoq Zivər Xanlarovaya və təhsil eksperti İlhamə Axundovaya verilib. Natiqlər çıxışlarında təhsildə və cəmiyyətdə inklüzivliyin inkişafı üçün 2018-2024 cü illər ərzində Dövlət Proqramının təsdiq edilməsini diqqətə çatdırıb.
Bildirilib ki, bu ali dəyərləri yaşatmaq üçün hər sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələr var.
Sonra əlilliyi olan Fərid Abışovun tarda ifası tədbirə xüsusi rəng qatıb.
Tədbirdə filmin çəkilməsində böyük dəstəyi olan “Mənəvi Dünya” İctimai Birliyinin sədri mərhum Hacı Şahin Həsənlinin xatirəsi yad edilib və videoçarx göstərilib. Sonra film nümayiş olunub.
Filmin nümayişindən sonra yazıçı psixoloq İlqar Kamil çıxışında rejissora təşəkkür edərək bu filmin əsl terapiya olduğunu deyib xoş təəssüratını bölüşüb.
Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranmasından və bu işdə əməyi keçən digər insanlardan danışıb.
Göygöl rayonunun Balçılı kəndində yaşayan filmin baş qəhrəmanı Alik Cəfərovun video müraciəti və təşəkkürü alqışlarla yekunlaşıb.


7-09-2024, 18:36 164

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102