Sumqayıtda Tədbir: “Yaşılım, yaşılım, hara gedirsən”


Azərbaycan Yazıçılar Birliyin “Natəvan” zalında “Yaşılım, yaşılım, hara gedirsən” kitabının təqdimatı oldu.

Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli kitab haqqında məlumat verərək bildirdi ki, ötən ilin noyabr ayında çapdan çıxan şeirlər toplusunda üç yüzə yaxın şairin təbiət mövzüsunda yazdığı ədəbi nümunələr cəmlənib. Kitabın ön söz müəllifləri Xalq yazıçısı Anar və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovadır. Ədəbiyyatımızın cəmiyyətə dəyərli töhfəsi kimi qəbul olunan şeirlər toplusu 700 səhifədən ibarətdir. “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Tahir və Zöhrə, “Aşıq Qərib” kimi dastanlardan da təbiətlə bağlı şeirlər burada yer alır. Nəşrin adı mərhum şair Eldar Baxışın şeirindən götürülüb.

Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, professor, AYB-nin İdarə Heyətinin üzvü Jalə Əliyeva ictimaiyyətə təqdim olunan yeni kitab haqqında danışdı. Təbiətin füsünkarlığını tərənnüm edən şeirlər kitabının ərsəyə gəlməsində Xalq yazıçısı Anarın, ideya müəllifi Rəşad Məcidin, redaktor Vaqif Bəhmənlinin, tərtibçi Xatirə Fərəclinin böyük zəhməti olduğunu bildirdi. 

Sonra, Bakı şəhəri Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin və  Sumqayıt şəhəri, general-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbiyyatımızın görkəmli simalarından Rəsul Rza, Anar, Nurəngiz Gün, Rəşad Məcid və digərlərinin təbiətlə bağlı şeirləri səsləndirildi. 

Daha sonra, çıxışçılardan Mətanət Şirvanlı, Adil Cəmil, İbrahim İlyaslı, Ağacəfər Həsənli, Arifə Əliyeva, Nazir Rüstəm,  Zahir Məlikli, Məlahət Yusifqızı, Tofiq Nurəli, İbrahim Yusifoğlu, Dayandur Sevgin və başqaları kitabın ərsəyə gəlməsində əziyyəti keçənlərə təşəkkür etdilər. Topluda imzası olan müəlliflər ürək sözlərini söyləyərək, təbiətin gözəlliyini tərənnüm edən şeirlər söylədilər.

Təqdimatda təbiətə həsr olunmuş şeirlər toplusunun kitabxanalara, məktəblərə verilməsi, oxucu kütləsi arasında geniş yayılması və yeni cildinin hazırlanması da  təklif olundu.

Sonda topluda yer almış müəlliflərin hər birinə kitab hədiyyə olundu və xatirə şəkilləri çəkildi.

Azərbaycan Yazıçılar Birliyində  Multikultural məsələlər üzrə məsul şəxs, tanınmış şair Xatirə Fərəcli XQ-yə müsahibə verdi:

-Kitabda Azərbaycan yazılı ədəbiyyatı və “Kitab-i-Dədə Qorqud” dan başlamış, klassiklərimiz, dünyasını dəyişmiş şairlər, müasir dövr gənc yazarlarımızın yazdıqları şeirlər yer alıb. Azərbaycan ədəbiyyatında təbiət şeirləri çoxdur. Lakin, mümkün qədər çalışmışıq ki, ən yaxşı nümunələri kitaba əlavə edək. Burada, həmçinin bölgələrdə yazıb-yaradan şairlərin şeirləri də var. Onları da diqqətdən kənarda qoymamışıq. İnanıram ki, bu kitab Azərbaycan ədəbiyyatına Yazıçılar Birliyinin töhfəsi olacaq. 

 

Qeyd edək ki, nəşrin ideya müəllifi AYB sədrinin müavini Rəşad Məcid, tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət işçisi şair Vaqif Bəhmənlidir. Nəşrin adı mərhum şair Eldar Baxışın şeirindən götürülüb. Nəşrin üz qabığında isə görkəmli rəssam Səttar Bəhlulzadənin “Mənzərə” əsəri verilib. Kitabda, həmçinin Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad, Arif Əziz, Zahir Məlikli, Yusif Mirzə kimi fırça ustalarının da əsərlərinin reproduksiyaları yer alıb.

Geniş oxucu kütləsinin marağına səbəb olan kitabın ilk təqdimatı isə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimin iştirakı ilə keçirilib. Kitab “Regional İqtisadi və Hüquqi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın dəstəyi ilə çap olunub. 

 

 


1-05-2025, 17:30 136

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102