Sumqayıtda villadan külli miqdarda oğurluq edən Çin vətəndaşlarına hökm oxundu

“Villa Badam” yaşayış massivində milyonluq ziyanın vurulması işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Sumqayıtda villadan külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Çin vətəndaşları — 44 yaşlı Wei Zhinjian və 34 yaşlı Wei Hongfunun məhkəmə işi başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Wei Zhinjian 7 il 6 ay, onunla cinayət əlaqəsində olan Wei Hongfu isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, onlar Sumqayıtdakı villalardan birində yerləşən dəmir seyfi açaraq 134 500 ABŞ dolları, 10 min manat və çoxlu sayda qiymətli qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkənə ümumilikdə 357 194 manat ziyan vurublar.

Məhkəmədə ifadə verən Wei Hongfu bildirib ki, Bakıya işləmək məqsədilə gəliblər və onları bu oğurluğa “Wei He” adlı həmvətənləri təhrik edib. Onun sözlərinə görə, Wei He onların pasportlarını alaraq təzyiq göstərib və oğurluğu həyata keçirməyə məcbur edib. Hadisədən sonra onlara təxminən 80 min ABŞ dolları verilib və Dubaya getmələri tapşırılıb. Lakin aeroportda onlar saxlanılıb.

Zərərçəkən Tofiq Məmmədov (ad-soyad şərti) məhkəmədə bildirib ki, faktiki oğurlanan qızıl-zinət əşyalarının real dəyəri ittiham aktında göstəriləndən daha yüksəkdir:

“Bəzi zinət əşyaları qiymətli idi və onları ‘lom’ qiyməti ilə hesablamaq olmazdı. Mənim evimi onlara kimin göstərdiyini bilmirəm. “Villa Badam”da 170 villa var, həmin vaxt mənim evim kimi işıqsız onlarla villa var idi”.

27-11-2025, 19:00 43

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102