İzmir'də 8 Mart: Qadınlar Həmrəylikdə Bir Araya Gəldi

İzmirdə 8 Mart Dünya Qadınlar Günü münasibətilə bir sıra önəmli tədbirlər keçirildi. Türkiyədə yaşayan azərbaycanlı mədəniyyət elçisi, diaspor sahəsində aktivist və sənətçi Roza İbadova Kocamaz həm Azərbaycanın, həm də Türkiyənin qadınları və gəncləri ilə bir araya gələrək həm mədəni, həm də sosial həmrəylik nümayiş etdirdi.

“Cesaretin Adı: Qadın – 103 illik Qüdrət” Zirvəsi

İzmir Böyükşəhər Bələdiyyəsi, Batı Anadolu Sənayeçi və İş Adamları Dərnəkləri Federasiyası (BASİFED) və TOBB İzmir Qadın Sahibkarlar Şurası tərəfindən qadınların iqtisadi həyatda rolunu gücləndirmək və ilham verici uğur hekayələrini önə çıxarmaq məqsədilə “Cesaretin Adı: Qadın – 103 illik Qüdrət” zirvəsi təşkil edildi.

Tədbir iş dünyasının nümayəndələrini, qadın sahibkarları, akademikləri, sənətçiləri, media təmsilçilərini və gəncləri eyni çatı altında birləşdirdi. Zirvə çərçivəsində qadın sahibkarlığından liderliyə, süni intellekt və cinsi bərabərlik məsələlərindən iş dünyasında və mediada qadının roluna qədər bir çox mühüm mövzular müzakirə olundu. Həm ilham verici hekayələr, həm də konkret həll yolları, yaxşı təcrübələr və əməkdaşlıq modelləri iştirakçılarla paylaşıldı.

Zirvəyə İzmir Böyükşəhər Bələdiyyəsi Başçısı Dr. Cemil Tugay, zirvənin ideya rəhbəri eşi Öznur Tugay, BASİFED İdarə Heyəti Sədri Semiha Güneş, TOBB İzmir Qadın Sahibkarlar Şurası Sədri Deniz Celep, İzmir Böyükşəhər Bələdiyyəsi Başçı Müavini Dr. Zafer Levent Yıldır və Baş Katib Müavini Prof. Dr. Pınar Okyay qatıldı. Zirvə, iş dünyası, sahibkarlıq, sənət, media və qeyri-hökumət təşkilatları sahələrində ölkəyə dəyər qatan bir çox önəmli şəxsin panel və çıxışları ilə davam etdi.

Etkinlikdə Roza İbadova Kocamaz da iştirak edərək qadınların cəmiyyətdə və iqtisadi həyatda güclənməsi üçün vacib mesajlar verdi. O, qəzetimizə açıqlamasında bildirdi:
“Bu cür zirvələr qadınların sosial və iqtisadi sahələrdə güclənməsi üçün çox önəmlidir. İzmirdə müxtəlif sahələrdən gələn qadınların bir araya gəlməsi və təcrübələrini paylaşması ilham verici bir həmrəylik nümunəsidir. Bir millət, iki dövlət anlayışı ilə qardaş Azərbaycanlılar olaraq belə tədbirlərdə iştirak etmək bizlər üçün böyük qürurdur.”

Azerbaycanlı Hanımlar və Gənclər ilə Xüsusi Tədbir

Roza İbadova Kocamaz həmçinin 8 Martda İzmirdə yaşayan azərbaycanlı xanımlar və tələbələrin iştirakı ilə xüsusi bir tədbir də təşkil etdi. Tədbir Cafe Delmattinoda keçirildi və Türkiyədə təhsil alan gənclər ilə xanımlar bir araya gələrək hər iki ölkədə sevilən mahnılar ifa etdilər, şeirlər oxudular və mədəni həmrəylik nümayiş etdirdilər.

Tədbirdə İzmir Azərbaycan Mədəniyyət və Dayanıqlıq Dərnəyi Prezidenti və Federasiya Vitse-Prezidenti Eşref Tuna da iştirak edərək iştirakçılara çiçəklər və plaketlər təqdim etdi. Tuna, eyni zamanda Roza İbadova Kocamazın bu gözəl tədbiri təşkil etdiyinə görə təşəkkürlərini bildirdi.

Manisa şəhərində təhsil alan tələbə Ali Polatzade çıxışı ilə hər kəsi əyləndirdi, gənclər və xanımlar birlikdə mahnılara və proqramın digər fəaliyyətlərinə coşqu ilə qatıldılar. Tədbir, iki qardaş ölkə arasında mədəni və sosial bağları gücləndirən, ilham verici və unudulmaz bir gün kimi yadda qaldı.

 

 

 

 

 

 


 


 


 


 


 


 


 


9-03-2026, 23:11 82

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102