
Sumqayıt.tv xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə aprelin 1-dən etibarən elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılması inzibati məsuliyyətə cəlb olunacaq.
Qərara əsasən:
1.Fiziki şəxslər 350–500 manat cərimələnəcək
2.Vəzifəli şəxslər 1 650–2 200 manat arası
3.Hüquqi şəxslər 4 000–5 000 manat cərimə ödəyəcək.
Müvafiq mallar inzibati xətanın obyekti olduqda müsadirə ediləcək.
Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək və vətəndaşların sağlamlığının qorunması məqsədini daşıyır.
13-03-2026, 20:02
23