“Qarabağ ilmələrdə” layihəsi çərçivəsində toxunan xalça Şuşadadır


Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsini simvolizə edən “Qarabağ ilmələrdə” layihəsi çərçivəsində toxunan Qarabağın “Çələbi” xalçası Şuşa şəhərindədir.

Sumqayit.tv xəbər verir ki, layihə Mədəniyyət Nazirliyinin dəstəyi, “Azərxalça” ASC, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi və “Təmiz Şəhər” ASC-nin birgə əməkdaşlığı sayəsində reallaşıb.
Xatırladaq ki, layihənin təqdimatı sentyabrın 28-də “Azərxalça” ASC-nin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən nümayiş zalında olmuş və xalçaya ilk ilmələri “Azərxalça”nın Qarabağ müharibəsində iştirak edən əməkdaşları vurmuşdu.
Sosial layihə çərçivəsində vətəndaşlarımız tərəfindən ilmə-ilmə toxunan xalça Vətən müharibəsində hər bir azərbaycanlının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirir.
Sentyabrın 30-dək Bakı sakinlərinə “Azərxalça”nın İçərişəhərdəki nümayiş zalının qarşısında dayanan xüsusi maşına yaxınlaşaraq Qarabağ xalçasına ilmə vurmaq imkanı yaradılıb. Oktyabrın 1-dən sonra isə layihə komandası şəhər və rayonlara yola düşüb. Səyyar hana Sumqayıt şəhərində olarkən şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası da xalçaya ilmə vurub.
“Azərxalça”nın dizaynerləri tərəfindən Qarabağın məşhur “Çələbi” xalçası əsasında xüsusi formatda çeşnisi hazırlanan və vətəndaşlarımız vurduğu ilmələrlə ərsəyə gələn xalça Şuşadakı Xalça Muzeyinə təhvil veriləcək. Xalça Zəfər günü ərəfəsində Şuşada nümayiş olunacaq.

2-11-2021, 10:58 392

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065