Notlara köçən Zəfər ruhu



Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində şanlı Zəfərin ildönümü yaxınlaşır. 30 illik həsrətdən sonra doğma torpaqlarımıza qovuşduğumuz bu haqq savaşının tacı olan Qələbəmiz xalqımıza əbədi qürur bəxş etdi. Müxtəlif yaradıcılıq sahələrində fəaliyyət göstərən insanlar Zəfər ruhuna kökləndi...

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə şanlı Qələbəmizin birinci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər də qalib ruhumuzun parlaq təzahürüdür.
Noyabrın 2-də Heydər Əliyev Sarayında “Qarabağ Azərbaycandır!” adlı konsertlə Zəfər notlarına köklənmiş proqramın açılışı keçirildi.
Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Bəstəkarlar İttifaqı, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, müdafiə sənayesi naziri Mədət Quliyev, digər dövlət qurumlarının, yaradıcılıq təşkilatlarının rəhbər şəxsləri, tanınmış elm, mədəniyyət xadimləri, Vətən müharibəsi qaziləri, musiqisevərlər iştirak edirdi.
Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçılarını salamlayan mədəniyyət naziri Anar Kərimov qeyd etdi ki, xalqımız tariximizin ən şanlı günlərini yaşayır. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində torpaqlarımız düşməndən azad edildi: “Cənab Prezidentin göstərişləri ilə düşmən tapdağından azad edilmiş ərazilərdə yenidənqurma işləri aparılır. Bu işlər çərçivəsində mədəniyyətə də xüsusi yer ayrılıb. İlk olaraq Şuşada Prezidentimizin iştirakı ilə tarixi “Xarıbülbül” festivalı bərpa olundu. İkinci böyük tədbir – Vaqif Poeziya Günləri keçirildi. Bu ilin sentyabrında Milli  Musiqi Günündə Şuşa şəhərində Üzeyir bəyin musiqisi səsləndi. Beləliklə, mədəniyyətimizi Qarabağa qaytardıq. Bununla da bütün dünyaya göstərdik ki, mədəniyyət beşiyimiz Şuşa Azərbaycan şəhəridir”.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 10-dək şanlı Qələbəmizin birinci ildönümü münasibətilə silsilə Zəfər tədbirlərinin təşkil ediləcəyini bildirən Anar Kərimov bugünkü konsertin onlardan birincisi olduğunu diqqətə çatdırdı: “Bildiyiniz kimi, yaradıcı insanlar möhtəşəm Qələbəmizə həsr olunmuş musiqi əsərləri, ədəbi əsərlər və digər tarixi nümunələr ərsəyə gətiriblər. Bu gün isə biz sizinlə birgə Azərbaycan bəstəkarlarının Zəfərimizə həsr olunmuş yeni əsərlərini dinləyəcəyik. Çox sevindirici haldır ki, bəstəkarların siyahısında üç nəslin nümayəndələri var. Həm gənc, həm orta, həm də yaşlı nəsil bəstəkarlıq məktəbinin nümayəndələri öz əsərlərində haqq savaşımızı işıqlandıraraq Zəfərimizi notlara köçürüblər. Mən xüsusilə vurğulamaq istəyirəm ki, bu gün əsərləri səslənən bəstəkarlar arasında 44 günlük Vətən müharibəsi qazimiz Vüqar Məmmədzadənin “Dəmir yumruq” əsəri də var”.
Anar Kərimov çıxışının sonunda Zəfər Günü münasibətilə xalqımızı təbrik etdi.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova konsert proqramı haqqında məlumat verdi. Bildirdi ki, konsertdə bəstəkarlarımızın vətənpərvər ruhda yazdığı 18 simfonik əsəri səslənəcək.
Daha sonra konsert proqramı təqdim olundu. İlk olaraq Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Xalq artisti Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və Azərbaycan Milli Konservatoriyası Tələbə xorunun (bədii rəhbər Leyla Zalıyeva) ifasında Cəlal Abbasovun xor və simfonik orkestr üçün “Şanlı Azərbaycan” (söz: M.Şəhriyar) əsəri səsləndirildi.
Simfonik orkestrin ifasında daha sonra səslənən Azər Dadaşovun “Zəfər çələngi”, Mobil Babayevin “Şanlı Qələbə”, Elnarə Dadaşovanın “Vətən sağ olsun” (solist Əməkdar artist Ramil Qasımov), Tural Məmmədlinin “Zəfər müjdəsi” (solist Xalq artisti Samir Cəfərov), Firəngiz Əlizadənin “Zəfər marşı”, Sərdar Fərəcovun “Azad Şuşa”, Aygün Səmədzadənin “Ey türk!” (söz: Əhməd Cavad, solist Xalq artisti Teyyub Aslan), Vüqar Məmmədzadənin “Dəmir yumruq” və digər bəstəkarların əsərləri alqışlarla qarşılandı.
Zəfər ruhlu musiqi layihələri paytaxtın müxtəlif teatr-konsert müəssisələrində noyabrın 10-dək davam edəcək.


3-11-2021, 16:13 254

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065