Hacıqabulda təkrar şəkər çuğunduru mövzusunda tarla seminarı keçirilib




Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul rayonu ərazisində  “Təkrar şəkər çuğunduru əkinlərinin üstünlükləri” mövzusunda tarla seminarı keçirilib.

Sumqayit.tv xəbər verir ki, Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Rafail Quliyev, Kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, həmçinin Hacıqabul, Beyləqan, Füzuli, Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və fermerlər iştirak  edib.
Seminarda bildirilib ki, respublika üzrə 2021-ci ildə şəkər çuğundurunun əkin sahəsinin ümumilikdə 5214 hektar təşkil edib, avqust ayından başlayan və hazırda davam etməkdə olan yığım prosesində 4250 hektar sahədə yığım prosesi başa çatıb və ümumilikdə 147453 ton şəkər çuğunduru tədarük edilib. Orta məhsuldarlıq göstəricisi 34,7 t/ha, şəkərlilik göstəricisi 14, 65% təşkil edib. Yığım prosesi tam başa çatdıqdan sonra ümumi istehsalın 182000 ton təşkil edəcəyi gözlənilir.
Seminarda arpa biçinindən sonra həmin sahədə şəkər çuğundurunun əkilməsi ilə təkrar əkin sisteminin tətbiqi, torpaqdan istifadə səmərəliliyinin artırılması, bitkilərin növbələşməsi ilə torpağın strukturunun yaxşılaşdırılması, xəstəlik və zərərvericilərə sirayətlənmənin kəskin azalması nəticəsində onlara qarşı pestisidlərdən istifadənin minimum səviyyəyə endirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, əlavə torpaq resursları cəlb etmədən eyni sahədə təkrar əkinin həyata keçirilməsi ölkədə çuğundur istehsalının artmasına imkan yaratmaqla yanaşı, həm də fermerlərin gəlirlərinin nəzərəçarpacaq dərəcədə artmasına xidmət edir. Bu üsulla əkilmiş şəkər çuğunduru sahələrində suya tam qənaət olunur.
Tədbirin sonunda tətbiq edilən qabaqcıl təcrübənin yayılması istiqamətində fermerlər və DAİM-in nümayəndələri arasında qarşılıqlı fikir mübadiləsi  aparılıb, fermerlərin sualları cavablandırılıb.
Hacıqabulda təkrar şəkər çuğunduru əkinlərinin üstünlükləri mövzusunda tarla seminarı keçirilib Hacıqabulda təkrar şəkər çuğunduru əkinlərinin üstünlükləri mövzusunda tarla seminarı keçirilib Hacıqabulda təkrar şəkər çuğunduru əkinlərinin üstünlükləri mövzusunda tarla seminarı keçirilib Hacıqabulda təkrar şəkər çuğunduru əkinlərinin üstünlükləri mövzusunda tarla seminarı keçirilib Hacıqabulda təkrar şəkər çuğunduru əkinlərinin üstünlükləri mövzusunda tarla seminarı keçirilib



5-11-2021, 11:36 273

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065