Anar Kərimov mədəniyyət xadimləri və digər şəxslərlə videoformatda görüş keçirdi


Mədəniyyət naziri Anar Kərimov fevralın 22-də videoformatda mədəniyyət sahəsində çalışan şəxslərin, incəsənət xadimləri və digər vətəndaşların qəbulunu keçirdi. Nazir onlayn görüşdə növbəlilik əsasında qəbula yazılmış şəxslərin müraciətlərini dinlədi, suallarını cavablandırdı.

Qəbulda iştirak edən mədəniyyət və incəsənət nümayəndələrinin, vətəndaşların müraciətləri müxtəlif mövzuları əhatə edirdi. O cümlədən yaradıcı əməyin qiymətləndirilməsi, fəxri adların, fərdi təqaüdlərin verilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma, milli musiqi alətlərimizin araşdırılması, musiqi məktəblərində fəaliyyətin yoxlanılması, Aşıq Ələsgərin heykəlinin layihəsi və digər məsələlərə dair müraciətlər oldu.
Anar Kərimov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbədən sonra vətənpərvərlik ruhunda yeni musiqi əsərlərinə ehtiyac duyulduğunu bildirdi. Bununla bağlı Mədəniyyət Nazirliyinin Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə layihələrinin olduğunu, müsabiqələrin keçirildiyini və gələcəkdə həmin bəstələrin nazirlik tərəfindən satın alınmasının nəzərdə tutulduğu diqqətə çatdırıldı.
Nazir həmçinin ölkəmizdə incəsənət xadimlərinin, Azərbaycan mədəniyyətinə töhfə verən şəxslərin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını söylədi. Bildirdi ki, gələcəkdə həmin şəxslərin peşəkar və yaradıcı fəaliyyətinin, zəhmətinin, mədəniyyət sahəsində xidmətlərinin qiymətləndirilməsinin ədalətli, şəffaf şəkildə və müstəqil bir komissiya vasitəsilə aparılması istiqamətində işlər həyata keçirilir. Tətbiq olunacaq yeni mexanizm sayəsində bu sahədə çalışan və mədəniyyətimizin inkişafında, təbliğində xidmətləri olan şəxslər gələcəkdə layiqincə qiymətləndiriləcək.
Mədəniyyət və incəsənət xadimlərinin, vətəndaşların bütün müraciətləri dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alındı. Anar Kərimov qaldırılan məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi üçün aidiyyəti şöbələrə tapşırıqlarını verdi

23-02-2022, 14:59 191

Digər xəbərlər

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

umqayıtda oktyabr ayı üzrə bütün sosial ödənişlər tam şəkildə həyata keçirilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət -FOTO-VİDEO

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Sumqayıtın deputatı: Vətən müharibəsində qazanılan Zəfər hər birimizin həyatında xüsusi yer tutur

Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru

"Sumqayıt"ın Yankoviçi "Qarabağ"dakı adaşından DANIŞDI

Sumqayıtda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı-Sumqayıt yolunda sıxlıq – səhər saatlarında tıxac yaranıb

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hök

Sumqayıt və Sarayda Birinci Qarabağ Müharibəsinin itkin düşmüş şəhidinin dəfn mərasimi keçiriləcək

Azərbaycan Kuboku: “Sumqayıt” komandası Zaqatalada qüvvəsini sınayacaq

"Sumqayıt" daha bir basketbolçunun keçidini reallaşdırıb - VİDEO

Sumqayıtın böyük bir ərazisində su kəsintisi olacaq – RƏSMİ

1 2 3 4 5 6 7 8 9 10 ... 976
Bu gün, 19:52
Bu gün, 18:11
Bu gün, 17:35
Bu gün, 17:25
Bu gün, 14:59
Bu gün, 14:56
Bu gün, 12:12
Bu gün, 11:41
Bu gün, 11:25
Bu gün, 11:20
Bu gün, 11:00
Bu gün, 09:39
Dünən, 23:06
Dünən, 22:14
Dünən, 19:59
Dünən, 19:53
Dünən, 18:43
Dünən, 18:34
Dünən, 18:07
Dünən, 17:21
Dünən, 14:17
Dünən, 14:00
Dünən, 12:25
Dünən, 12:11
Dünən, 12:09
Dünən, 12:04
Dünən, 11:52
Dünən, 11:38
Dünən, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
26-10-2025, 16:17
26-10-2025, 16:15
26-10-2025, 15:58
26-10-2025, 15:47
26-10-2025, 15:45
26-10-2025, 15:40
1 2 3 4 5 6 7 8 9 10 ... 976