“Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” nin nəticələri açıqlanıb


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2021-ci ilin dekabr ayında elan etdiyi  “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin bədii seçim mərhələsi yekunlaşıb. Müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-i növbəti mərhələyə - “pitçinq” mərhələsinə buraxılıb.
 

PİTÇİNQ MƏRHƏLƏSİNƏ KEÇƏN LAYİHƏLƏR:

Layihənin adıTəqdim edən şirkət
1“Atalar və oğullar”“Buta film” MMC
2“Çovdar çörəyi”“Oksimedia” MMC
3“Əlvida, noyabr!”“Ultra Production” MMC
4“Qıfıl”“Nova Gorica” Kino Mərkəzi MMC
5“Martinin səyahəti”“Nova Gorica” Kino Mərkəzi MMC
6“Mavi sviterli adam”“Mandarin agency” Co
7“Müqəddəs inək”“Narimanfilm” MMC
8“Ölü Həsən”“Ultra Production” MMC
9“Özgə ağrı”“IR Production”
10“Özünlə müsahibə”“International Media Bridge” MMC
11“Şah İsmayılın xəzinəsi”“Breeze Motion Films” MMC
12“Uçurum”“Cinemedia” MMC
 
Müsabiqənin pitçinq mərhələsi 18 mart 2022-ci ildə saat 11.00-dan etibarən Dövlət Film Fondunda keçiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, İştirakçılar layihələrini açıq Pitçinqdə təqdim edəcəklər. Müsabiqənin Pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Müsabiqənin qalibləri pitçinqdən sonra Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.culture.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.
Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə keçirilir. Qeyd edək ki, hər qalib layihəyə ən çox 100.000 (yüz min) manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir.
 

Müsabiqənin Münsiflər heyətinin tərkibi aşağıdakı kimidir:

Münsiflər heyətinin sədri:
Oleq Səfərəliyev
Münsiflər heyətinin üzvləri:
İlqar Fəhmi
Mehrban Ələkbərzadə
Asif Rüstəmov
Şamil Süleymanov
Nadir Əliyev
Hacıbala Səfərov

10-03-2022, 11:40 325

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059