ATB sosial media kampaniyasına start verib


Azərbaycan Turizm Bürosu aviabiletlər üzrə metaaxtarış mühərriki olan “Aviasales” ilə birgə sosial media istifadəçiləri üçün xüsusi kampaniyaya start verib.
Sumqayit.tv xəbər verir ki, 17 sentyabrdan etibarən başlayan kampaniya “Avisales” platformasının instaqram sosial şəbəkəsindəki izləyiciləri üçün nəzərdə tutulub.
Müsabiqənin şərtlərinə tam şəkildə əməl edən izləyicilər arasından xüsusi tətbiq vasitəsilə təsadüfi şəkildə seçiləcək qalib Azərbaycana biletlə mükafatlandırılacaq.
Şərtlərə əsasən iştirakçılar “Aviasales”in instaqram səhifəsində müsabiqə paylaşımını bəyənərək onu öz hekayələrində hissəsində yerləşdirməli, “Aviasales” və “Experience Azerbaijan” səhifələrini izləməli, şərhlərdə Azərbaycanda görmək istədikləri yerlər və ya digər turistik fəaliyyətlərlə bağlı fikirlərini bildirməlidirlər.
Müsabiqə sentyabrın 24-ə qədər davam edəcək.
Bundan əlavə, “Aviasales” auditoriyasının ölkəmizdə ilboyu mövcud olan səyahət imkanları ilə bağlı yaxından tanış olmaları məqsədilə platformanın instaqram səhifəsində ətraflı məlumat yayımlanıb. 12 hissədən ibarət olan paylaşım vasitəsilə ilin bütün ayları üzrə ölkəmizin görməli yerləri və turistik fəaliyyətlər cəlbedici görüntülərlə təqdim olunub.
Sosial media istifadəçiləri arasında təbliğatın vacibliyini vurğulayan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid beynəlxalq təbliğat kampaniyaları çərçivəsində “Aviasales”lə qurulan  əməkdaşlığın Azərbaycanın turizm imkanlarının hərtərəfli tanıdılmasına xidmət etdiyini qeyd edib.
O bildirib ki, müsabiqə şərtləri də istifadəçilər üçün Azərbaycanla bağlı maraq doğuran məqamları öyrənməyə imkan verir.
Qeyd edək ki, 2007-ci ildən istifadəyə verilmiş, hədəf bazarları Rusiya və MDB ölkələri olan “Aviasales” platforması aviabilet axtarış sistemdir. Aylıq auditoriyası təqribən 15 milyon təşkil edən “Aviasales” verilən axtarışa əsasən mövcud uçuşları seçimlərə uyğun müqayisə edir, sorğuya əsasən ziyarətçini aviaşirkət və agentliklərin rəsmi saytlarına yönəldir.

20-09-2021, 11:51 244

Digər xəbərlər

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA-VİDEO

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

Sumqayıtda uşaq meydançaları ilə bağlı qaldırılan məsələ həllini tapdı

Sumqayıtda bədbəxt hadisə ölümə səbəb oldu

Tramp dünyanın sevdiyi o qadını niyə yalvardıb? – Gərginliyin pərdəarxası

Sumqayıtda 50 yaşlı kişinin meyiti mənzildə aşkarlanıb-

Sumqayıt şagirdləri ölkənin ən yüksək nəticə göstərənləri sırasında yer aldı

Sumqayıtda yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 10:47
Bu gün, 10:23
Bu gün, 10:21
Bu gün, 10:17
Bu gün, 10:15
Bu gün, 09:45
Bu gün, 08:55
Bu gün, 08:50
Dünən, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
1 2 3 4 5 6 7 8 9 10 ... 1065