Vüqar Qurbanovun yüksək vəzifə verdiyi baş həkimə cinayət işi açılıbmış – FOTO



Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun yüksək vəzifə verdiyi xanım baş həkimə cinayət işi açılıbmış.
Sumqayit.tv xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Laçın Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru, baş həkimi 1985-ci il təvəllüdlü Güllü İbadova isə Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini təyin olunub.
Gülli İbadova Baş Prokurorluq tərəfindən Laçın Rayon Mərkəzi Xəstəxanasına ayrılmış pul vəsaitini, yəni ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaqda ittiham olunub.
Barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayyət işi açılıb və iş məhkəməyə göndərilib.

Gülli İbadova 2017-2020-ci illər ərzində ştat cədvəllərində saxtakarlıqlar edərək israf etmə yolu ilə 17.575,92 manat məbləğində dövlət vəsati mənimsəyib.
O, məhkəmə prossesinə kimi Səhiyyə Nazirliyinə 17.575,92 manat məbləğində dəymiş maddi ziyanı, həmçinin dövlət nəfinə ödənilməli olan 4394 manat ödəməsi məlum olub. Ona görə də zərərçəkmiş Səhiyyə Nazirliyinin nümayəndəsi onun barəsində cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etməyib.
İki həftə əvvəl məhkəmənin qərarı ilə, Gülli İbadova barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə CM-nin 73-1.2-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunub.
Gülli İbadova 2011-2017-ci illərdə Sumqayıt Oftalmoloji Xəstəxanasında həkim-oftalmoloq vəzifəsində işləmiş, 2017-ci ilin aprel ayında Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub. 2020-2021-ci ildə “Laçın rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb. Baş həkim və direktor kimi vəzifələrinə xəstəxananın idarə olunması, səhiyə işinin təşkili, işçilərə nəzarət və digər bu kimi inzibati işlərə rəhbərlik edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin ediliblər.

10-11-2023, 12:47 376

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102