Təhsil Nazirliyi və “QS Quacquarelli Symonds” əməkdaşlığa başlayıb




Sentyabrın 30-da Təhsil Nazirliyi və QS Quacquarelli Symonds beynəlxalq reytinq agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi keçirilib.
 
Sumqayit.txəbər verir ki, İmzalanma mərasimində iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu müqavilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğundur. Nazir müavininin sözlərinə görə, elmin qabaqcıl nailiyyətlərinə, innovativ təhsil texnologiyalarına əsaslanan proqramın əsas məqsədi ölkənin ali təhsil müəssisələrində yeni nəsil rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Firudin Qurbanov qeyd edib ki, “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq dövlət başçısının qarşıya qoyduğu tapşırığın həlli yolunda əhəmiyyətli bir addımdır.
 
“QS Quacquarelli Symonds” agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional  direktoru Sergey Xristolubov Azərbaycanda ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılması məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
 
Qeyd edək ki, müqavilə əsasında Azərbaycan universitetlərinin qlobal rəqabətə davamlılığını artırmaq, ölkənin təhsil proqramlarının beynəlxalq sahədə tanınmasını gücləndirmək və milli təhsilin akademik dairələrdə və işə götürənlər sahəsində nüfuzunun artırılması məsələləri haqqında razılığa gəlinib. İmzalanmış sənədə uyğun olaraq, Azərbaycanın qabaqcıl universitetləri akademik nüfuz, işə götürənlər arasında reputasiya, nəşr fəallığı, beynəlmilləşdirilmə və onlayn mühitdə iştirak strategiyasının formalaşdırılması imkanını verən “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin özəl məlumatlarına və analitik informasiyasına giriş əldə edəcək.











1-10-2021, 09:57 220

Digər xəbərlər

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

Sumqayıtda uşaq meydançaları ilə bağlı qaldırılan məsələ həllini tapdı

Sumqayıtda bədbəxt hadisə ölümə səbəb oldu

Tramp dünyanın sevdiyi o qadını niyə yalvardıb? – Gərginliyin pərdəarxası

Sumqayıtda 50 yaşlı kişinin meyiti mənzildə aşkarlanıb-

Sumqayıt şagirdləri ölkənin ən yüksək nəticə göstərənləri sırasında yer aldı

Sumqayıtda yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 10:47
Bu gün, 10:23
Bu gün, 10:21
Bu gün, 10:17
Bu gün, 10:15
Bu gün, 09:45
Bu gün, 08:55
Bu gün, 08:50
Dünən, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
1 2 3 4 5 6 7 8 9 10 ... 1065