Mediatur təşkil olunub


Sentyabrın 30-da media nümayəndələrinin iştirakı ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə mediatur təşkil edilib.
 Sumqayit.tv
xəbər verir ki, Mediaturun məqsədi Mərkəzdə yaradılmış şəraitlə tanış olmaq, şagirdlərin məktəbdənkənar fəaliyyət çərçivəsində gördüyü işləri yaxından müşahidə etmək olub.
 
Mediatur çərçivəsində iştirakçılar Mərkəzdə dərnək üzvlərinin fəaliyyətini izləyib, əl işlərinə baxış keçirib, dərnək üzvləri və rəhbərləri ilə söhbət aparıblar.
 
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Təhsil Nazirliyi sistemində 143 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 67-si uşaq-gənclər inkişaf mərkəzi, 76-sı uşaq-gənclər idman-şahmat məktəbidir. Məktəbdənkənar təhsil müəssisələrində 110 min nəfərdən çox şagird məşğul olur. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklər, həmçinin uşaq-gənclər idman-şahmat məktəblərində komanda, təkmübarizlik, şahmat, dama olmaqla idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulub.
 
Bildirilib ki, şagirdlərin sözügedən dərnək və qruplara qeydiyyatı üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət oluna bilər. Müəssisələr haqqında məlumatlar nazirliyin rəsmi internet səhifəsində (www.edu.gov.az) həmçinin müəssisələrə aid sosial şəbəkələrdə (feysbuk, instaqram və s.) yerləşdirilib. Bundan əlavə, 2020-ci ildən etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul üçün elektron qeydiyyat sistemi istifadəyə verilib. Sistemdən istifadə etmək istəyən şəxslər https://portal.edu.az/ inki üzərindən qeydiyyatdan keçməklə şagirdlərin meyl və maraqlarına uyğun idman və yaradıcılıq istiqamətləri üzrə seçim edərək, müxtəlif dərnək və qruplara üzv olmaq üçün müraciət edə bilərlər. Qeydiyyatdan keçən şəxslərə qəbul, dərnək və qrupların dərs cədvəli, tədrisin formatı, həmçinin digər məlumatlar müvafiq müəssisələr tərəfindən əlaqə saxlanılaraq bildiriləcək.
 
Mediaturun sonunda iştirakçıları maraqlandıran digər suallar da cavablandırılıb.

1-10-2021, 09:02 186

Digər xəbərlər

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

Sumqayıtda uşaq meydançaları ilə bağlı qaldırılan məsələ həllini tapdı

Sumqayıtda bədbəxt hadisə ölümə səbəb oldu

Tramp dünyanın sevdiyi o qadını niyə yalvardıb? – Gərginliyin pərdəarxası

Sumqayıtda 50 yaşlı kişinin meyiti mənzildə aşkarlanıb-

Sumqayıt şagirdləri ölkənin ən yüksək nəticə göstərənləri sırasında yer aldı

Sumqayıtda yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 10:47
Bu gün, 10:23
Bu gün, 10:21
Bu gün, 10:17
Bu gün, 10:15
Bu gün, 09:45
Bu gün, 08:55
Bu gün, 08:50
Dünən, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
1 2 3 4 5 6 7 8 9 10 ... 1065