“Sahibkar məktəbli” adlı müsabiqəyə start verilib


Oktyabrın 1-dən Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə uşaq və gənclər arasında hibrid (onlayn və canlı) formatda “Sahibkar məktəbli” müsabiqəsinə start verilir.
 
Sumqayit.tv xəbər verir ki, müsabiqənin əsas məqsədi məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik olan yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.
 
İştirakçılar müsabiqəyə 2 yaş (10-13, 14-16) qrupu üzrə fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində qatıla bilər 
 
Müsabiqə üçün biznes layihələri aşağıdakı 5 nominasiya üzrə qəbul olunur:
  • İnternet sahibkarlığı (satış);
  • Sosial, ictimai sahədə sahibkarlıq;
  • Yeni masaüstü və onlayn oyunlar;
  • Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar;
  • Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı.
Müsabiqənin şərtləri aşağıdakılardır:
 
Müsabiqədə bir iştirakçı yalnız 1 nominasiya üzrə iştirak edə bilər və yalnız 1 biznes layihə təqdim edə bilər;
 
Seçilmiş nominasiya üzrə təqdim olunacaq işlər kənar şəxslərin müdaxiləsi olmadan iştirakçının özü tərəfindən hazırlanmalıdır.
 
        Müsabiqə aşağıdakı mərhələlər üzrə keçirilir:
 
I mərhələ  - 1-20 oktyabr 2021-ci il. Müsabiqəyə qeydiyyat üçün iştirakçılar ərizələrini [email protected] elektron poçt ünvanına göndərilməlidir;
 
II mərhələ  - 25-29 oktyabr 2021-ci il. Startapların və sahibkarlığın fəaliyyəti, mentorluq anlayışı ilə bağlı onlayn mühazirələr kursu. 30-31oktyabr 2021-ci il tarixlərində "Necə müraciət etmək olar" və "Çıxış nitqi üçün necə hazırlaşmalı" vebinarları;
 
III mərhələ  - 10-30 noyabr 2021-ci il. Mentorluq. İdeyalar üzərində komanda işi, mütəxəssislərlə birlikdə bir layihə təqdimatının hazırlanması;
 
IV mərhələ - 1-15 dekabr 2021-ci il. Layihələr və təqdimatlar olan əsas ərizələrin toplanması, ərizələrin təhlili, layihələrin qısa siyahısının formalaşdırılması;
 
V mərhələ - 20-29 dekabr 2021-ci il. Uşaqların startap layihələrinin təqdimatlarının keçirilməsi və izdiham platformasına (crowdfunding) daxil olmaq üçün finalçıların müəyyənləşdirilməsi;
 
VI mərhələ - 30 dekabr 2021-ci il. Qalib layihələrin müəyyənləşdirilməsi;
 
Müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.
 
İştirakçılar müsabiqə ilə bağlı ətraflı məlumatları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin feysbuk səhifəsindən https://www.facebook.com/rugim.az/ və ya + 994 12 492 57 67, +994 55 518 00 94 telefon nömrələri vasitəsilə əldə edə bilər.

2-10-2021, 10:10 426

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065