İdmançını öldürən ata-oğul cəzalarının azaldılmasını istəyirlər


2018-ci ilin sentyabrın 5-də Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən 1972-ci il təvəllüdlü Əhəd İsmayılov və onun oğlu, 2000-ci il təvəllüdlü Ramil İsmayılovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.   
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyulun 18-nə təyin edilib.
 
Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. 
 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsmayılov 10 il 6 ay və Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra prokurorluq hökmdən apellyasiya şikayəti versə də, hökm dəyişdirilmədən saxlanılmışdı. Prokurorluğun Ali Məhkəməyə protest təqdim etməsindən sonra iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb. Apellyasiya Məhkəməsi ata və oğluna Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə verilmiş cəzanı ləğv edib. Onların əməllərində Cinayət Məcəlləsinin 120.2.1-ci (Bir qrup şəxs tərəfindən adam öldürmə) və 29, 120.2.7-ci (İki və daha çox adamı öldürməyə cəhd) maddələrinin tərkibinin olduğu bildirilib və bu maddələrin tələbinə uyğun cəza təyin edilib. Belə ki, R.İsmayılovun cəzası 10 il 6 aydan 18 ilə, Ə.İsmayılovun isə 9 ildən 16 il həbs cəzasına dəyişdirilib.

 
Qeyd: Hadisə 2018-ci ilin sentyabrın 4-də saat 23 radələrində Sumqayıt şəhərində yerləşən PS-3 salonunda Rafis Həbibov birgə avtomobil satışı ilə məşğul olduğu keçmiş şəriki Ramil İsmayılovla adapter üstündə mübahisə edib. Bu zaman Rasif onu döyüb. Ramil oranı tərk edərək yaşadığı evə gedib və həmin vaxt toydan gələn, sərxoş halda olan atasına hadisə barədə məlumat verib. Oğlunun döyülməsinə kəskin reaksiya verən Əhəd İsmayılov oğlu ilə birgə bıçaq götürərək Rasifi axtarmağa gediblər və gecə saat 00:30 radələrində onu çay evində taparaq məsələni həll etməyə dəvət ediblər. Maşınla gedərkən Rasifin dostu Samir Dadaşov da onlara qoşulub. Sumqayıt şəhəri 21-ci məhəllə adlanan ərazidə maşından düşən şəxslər dava ediblər və ata-oğul 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlunu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Rasif orada vəfat edib, Samirin isə həyatını xilas etmək mümkün olub.

15-07-2024, 12:41 233

Digər xəbərlər

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1102