Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb – Adlar


Xəbər verildiyi kimi, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işlərinin ibtidai istintaqı aparılır.
Sumqayit.tv Baş Prokurorluğa istinadən məlumatına görə, istintaq tədbirləri ilə Azərbaycanda qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “SOİL BOONS” MMC tərəfindən ümumilikdə 6.9 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 11.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Cahangir Alim oğlu, Hacıyev Elyar Taryel oğlu, Mirzəmədov Mehman Əjdər oğlu, Qəbilov Saleh Rza oğlu və Əliyev Alı Cahangir oglu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə fiziki şəxs Qurbanov Elxan Sabir oğlu tərəfindən ümumilikdə 3.8 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 6.5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Qurbanov Elxan Sabir oğlu və Xalıqov Fuad Elşad oğlu iş üzrə təqsirləndirilən şəxslər qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə “Roksa” və “Betta Advertising Media” MMC-lərin direktorları Nəcəfov Samir Afət oğlu və Qasımov Rəfayıl Qasım oğlu tərəfindən ümumilikdə 69 min ABŞ dolları (müvafiq dövrün məzənnəsi ilə 118 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən S.Nəcəfov və və R.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində axtarış elan edilib.
Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə xaricə müxtəlif kənd təsərrüfatı məhsulları  ixrac edən fiziki şəxs Məmmədzadə Bayram Nüsrət oğlu tərəfindən ümumilikdə 2.2 milyon ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 3.8 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən B.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Rusiyaya meyvə və tərəvəz ixrac edən (fiziki şəxs) Məmmədzadə Qurban Nüsrət oğlu tərəfindən ümumilikdə 516 min ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 878 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Q.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycanın müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.

26-11-2024, 13:18 77

Digər xəbərlər

Coratda yollar gölməçəyə çevrilib - güclü yağışda vəziyyət necə olacaq? - FOTO

Sumqayıtda yeni seçilmiş məhəllə komitələri ilə görüş keçirildi - FOTO

Sumqayıtda qadın evinə suşi sifariş etdi, kuryer döyüldü

FHN-ə işə düzəltmək adı ilə dələduzluq edən qadına CƏZA VERİLDİ

Sumqayıtda kişi arvadını qətlə yetirdikdən sonra intihar edib - FOTO

Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR

İrəvandan SON DƏQİQƏ AÇIQLAMASI: Sülh müqaviləsi BU TARİXDƏ imzalanacaq

20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü tariximizin şanlı səhifəsidir

Ələt-Astara yolunda qəzada həlak olan sumqayıtlı İbrahimin FOTOSU

Bu xəstəliklərdən əziyyət çəkənlər qəhvə içsinlər

Sumqayıtda yeni tədris ili başlayıb: 5075 şagird ilk dəfə məktəbə qədəm qoyub

Novxanı qəsəbəsində fəaliyyət göstərən reabilitasiya mərkəzinin direktor və işçiləri ilə bağlı qərar açıqlandı

"Sumqayıt" FK "Kəpəz"in uğursuz seriyasında ilk məğlubiyyəti yaşatdı

Sumqayıt Dövlət Universitetinin yataqxanası bu tələbələr üçün pulsuzdur

Arıqlamağa kömək edən MƏŞHUR İÇKİ - Effekti təsdiqləndi

Sumqayıt Uşaq Xəstəxanasının həyətində döl tapılıb

Sumqayıtda 3 500 manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanıldı

503 nömrəli Sumqayıt–Saray marşrutu bərpa olunur

Ələt-Astara yolundakı qəza Sumqayıt gəncinin həyatına son qoydu

Məcburi köçkünlərlə bağlı qalmaqal yaşayan sumqayıtlı jurnalist "Space TV"dən GETDİ

1 2 3 4 5 6 7 8 9 10 ... 966
Bu gün, 20:52
Bu gün, 17:26
Bu gün, 14:48
Bu gün, 09:03
Bu gün, 07:49
Dünən, 13:02
Dünən, 12:20
Dünən, 12:17
15-09-2025, 19:32
15-09-2025, 15:02
15-09-2025, 13:34
15-09-2025, 13:28
15-09-2025, 13:25
15-09-2025, 09:14
15-09-2025, 08:59
15-09-2025, 04:48
14-09-2025, 12:22
14-09-2025, 12:14
14-09-2025, 11:44
13-09-2025, 23:17
13-09-2025, 13:12
13-09-2025, 11:28
12-09-2025, 20:53
12-09-2025, 17:10
12-09-2025, 15:09
12-09-2025, 12:46
12-09-2025, 10:11
12-09-2025, 01:53
11-09-2025, 22:48
11-09-2025, 19:08
10-09-2025, 11:22
9-09-2025, 11:22
9-09-2025, 10:53
9-09-2025, 10:09
9-09-2025, 08:50
8-09-2025, 16:17
8-09-2025, 15:01
8-09-2025, 12:07
6-09-2025, 10:43
5-09-2025, 17:25
1 2 3 4 5 6 7 8 9 10 ... 966