QHT sədri Zenfira Mustafayeva: “İqtisadi müstəqillik qadınlarımızın güclənməsinə təsir edəcək”


Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva, məcburi köçkün və qaçqın ailələrinin azad edilən torpaqlara qayıtdıqdan sonra iqtisadi müstəqilliklərini bərpa etmələrinin vacibliyini vurğuladı. O, bildirib ki, bu ailələr öz yurdlarına qayıtdıqdan sonra dövlət qurumlarında, biznes sahələrində və müxtəlif peşələrdə fəaliyyət göstərə biləcək potensiala malikdirlər.
QHT sədri qeyd edib ki, Sumqayıt şəhərində 60 mindən çox məcburi köçkün və qaçqın ailəsi yaşayır: "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi 25 ildən artıqdır ki, bu xanımlara dəstək göstərir və onlar üçün təlimlər təşkil edir. 2024-cü ildə keçirilən kurslarda 90-a yaxın xanım iştirak edib və onlara kompüter bilikləri, mühasibatlıq, dərzilik, salon işi kimi sahələrdə bacarıqlar qazandırılıb. Kursların sonunda iştirakçılar sertifikatlarla təltif olunub və öz bacarıqlarını inkişaf etdirmək üçün praktik təcrübələr əldə ediblər. Bu xanımların bir çoxu artıq işlə təmin olunub və Məşğulluq Agentliyi tərəfindən avadanlıqla təmin olunacaq. Bu layihələrin məqsədi məcburi köçkün və qaçqın xanımlarının iqtisadi cəhətdən güclənməsini təmin etməkdir ki, bu da həmçinin onların ailələrinin sağlam və müstəqil həyat tərzini qurmalarına kömək edəcək".
Zenfira Mustafayeva bildirib ki, təşkilat, yalnız təlimlərlə məhdudlaşmayıb, həmçinin hüquqi, psixoloji və sosial xidmətlər də təqdim edir. Təşkilatın rəhbəri, bu xidmətlərin, xüsusilə, qaçqın və köçkün qadınların qarşılaşa biləcəkləri hüquqi problemlərin həllinə yönəldildiyini və onların öz hüquqlarını qorumağa imkan yaradacağını vurğulayıb: "Təşkilatın əsas məqsədi məcburi köçkün və qaçqın xanımların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, onların öz işlərini qurmağa dəstək olmaq və nəticədə iqtisadi müstəqillik qazanmalarına kömək etməkdir".
 

8-01-2025, 16:59 148

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102