Səbinə Salmanova müdafiə sahəsində elmi-tədqiqat və innovasiyalara vəsaitin artırılmasını təklif edib

 

"Son 20 ildə ölkəmiz müdafiə və milli təhlükəsizlik sahəsində tarixi dönüş əldə edib. 2005-2025-ci illər ərzində bu sahəyə təxminən 58 milyard manat vəsait yönəldilib. Bunun sayəsində Silahlı Qüvvələrimizin texniki təminatı, şəxsi heyətin hazırlığı və müdafiə sənayemiz tamamilə yeni səviyyəyə yüksəlib. Ən əsası - bu vəsaitlər ərazi bütövlüyümüzün bərpasına, müasir və çevik ordu modelinin qurulmasına xidmət edib".

Sumqayit.tv xəbər verir ki, bunu deputat Səbinə Salmanova Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zaman deyib.

O bildirib ki, 2026-cı il üçün "Müdafiə və milli təhlükəsizlik" bölməsi üzrə 8 milyard 714 milyon manat vəsait nəzərdə tutulur:

"Bu, əvvəlki illə müqayisədə 318.5 milyon manat çoxdur və ümumi büdcə xərclərinin 21 faizini təşkil edir. Amma hazırda müdafiə sahəsində elmi-tədqiqat və innovasiya istiqamətlərinə ayrılan vəsait ümumi xərclərin bir faizinə belə çatmır. Halbuki bu rəqəm müasir dövrdə daha çox ola bilər. Biz artıq XXI əsrin "intellektual savaşları" dövrünə qədəm qoymuşuq - burada silahın sayından çox, ağlın gücü, texnologiyanın üstünlüyü, süni intellektin tətbiqi həlledici rol oynayır".

"Bu baxımdan təklif edirəm ki, növbəti illərdə müdafiə xərclərinin bir və ya iki faizi elmi-tədqiqat və innovasiyalara, iki və ya üç faizi isə kibermüdafiə, rabitə və kadr hazırlığına yönəldilsin", - deyə deputat vurğulayıb.


7-11-2025, 15:26 93

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102