Sumqayıtlı vəkil Zəfər Günü ərəfəsində təltif olundu

 

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vətən müharibəsi iştirakçısı olan vəkillərlə görüş keçirib. Görüşdə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili də təltif olunub.

Sumqayit.tv xəbər verir ki, Vəkillər Kollegiyasının inzibati binasında baş tutan tədbir 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunub.

Kollegiyanın sədri Anar Bağırov çıxışında vəkilləri Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb.

O vurğulayıb ki, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub, hazırda işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri davam edir.

Görüşdə Vətən müharibəsində iştirak etmiş vəkillər döyüş xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə dövlətə və Kollegiya rəhbərliyinə təşəkkür ediblər.

Sonda Vətən müharibəsi iştirakçısı olan vəkillərə qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, təltif olunanlar sırasında Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Məcidov Elman Sanqam oğlu da yer alıb.


7-11-2025, 13:38 94

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102